Milli Marketinq Forumunun ilk günü yekunlaşıb! - FOTO
Yusif Nəzərli
12:32 11.06.2022
Cəmiyyət
510
Azərbaycanın yeganə rəsmi lotereya təşkilatçısı və qanuni idman mərc oyunları operatoru “Azerlotereya”nın baş sponsorluğu, 2010-cu ildən Türkiyənin ən gənc və uğurlu tədqiqat şirkətlərindən biri olan “Future Bright İnternational” MMC-nin sponsorluğu, ölkənin sevilən enerji içkilərindən olan “Bizon”, SMG şirkətinin və 2003-cü ildən fəaliyyət göstərən “Başkent” restoran və şirniyyat evi şəbəkəsinin dəstəyi ilə bu il VIII dəfə Milli marketinq Forumunun ilk günü uğurla başa çatıb.
Tədbir Azərbaycan Dövlət Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra Milli Marketinq Forumunun təşkilati komanda üzvü Rafiq Hunaltay açılış nitqi ilə çıxış edərək tədbiri açıq elan edib.
Tədbirin ilk günü “Milli Keyslər”, “Data və İstehlakçı davranışı”, “Media və Reklam” panellərinə həsr olunub. “Milli keyslər” paneli “Sağlam Ailə” klinikasının icraçı direktoru Nigar Rüstəmlinin moderatorluğu ilə baş tutub. Panel çərçivəsində “Ballı Bisi” şirniyyat evinin təsisçisi Esmira Avilova, “Veysəloğlu” Şirkətlər Qrupunun Müşahidə Şurasının Üzvü, “Oba“ Marketlər Şəbəkəsinin İdarə Heyətinin Sədri Vüsal Şərifov və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə Heyətinin sədri, İnsan Təhlükəsizliyi üçün Qlobal Sülh Şurasının Həmtəsisçisi və Prezidenti Vasif Eyvazzadə öz təcrübələrini paylaşıblar. Panel zamanı Milli brendləşmənin meyarları və əhəmiyyəti vurğulanıb.
“Future Bright” şirkətinin Azərbaycan üzrə ölkə direktoru Könül Əliyevanın moderatorluğu ilə “Data və İstehlakçı davranışı” panelində Bilgi universitetinin istehlakçı davranışı üzrə təlimçisi Akan Abdula və və Kapital Bankın marketinq ekspert mərkəzinin lideri Günel Mavliyarova spiker qismində çıxış ediblər.
Sonuncu panel olan “Media və Reklam” paneli Marketinq Peşəkarları Birliyi, Brendinq və Kommunikasiya üzrə müstəqil məsləhətçi Elnur Nurəlinin moderatorluğu ilə baş tutub. ADRA Strafteji İnkişaf və Kommunikasiya şöbəsinin müdiri Elçin Mahir, “Azad Azərbaycan” televiziyasının İcraçı direktoru İsmayıl Həsənov, “Starcom” şirkətinin direktoru Ziya Yusifov və Vostok TV-nin vitse-prezidenti, eyni zamanda Beylimedia şirkətinin təsisçisi Şəhriyar İmanbəyli ölkəmizdə media və reklamın rolundan, Azərbaycanda reklam dünyasının hazırki vəziyyəti ilə bağlı fikirlərini bölüşüblər.
Panellərdən sonra iştirakçıların ünvanladığı suallar spikerlər tərəfindən cavablandırılıb.
Qeyd edək ki, Milli Marketinq Forumu bu gün II günü ilə davam edir.
Forumdan fotoları təqdim edirik:
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media