Monitorinqin nəticələri dövlət orqanlarına göndəriləcək
Yusif Nəzərli
22:20 17.02.2022
Cəmiyyət
666
Bakı və regionlarda fəaliyyət göstərən özəl və dövlət klinikalarında tibbi tullantıların idarə olunması prosesi öyrəniləcək
“Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tibbi tullantıların idarə olunması üzrə monitorinqlərin və maarifləndirmə işinin aparılması” layihəsinə start verilib. Layihə 30 aprel 2022-ci il tarixinədək davam edəcək. “Ekoloq” İB-nin məlumatında qeyd olunur ki, Azərbaycan özəl və dövlət sektorunda fəaliyyət göstərən səhiyyə müəssisələrində xüsusilə təhlükəli tullantıların idarə olunmasına lazımi diqqətin yetirilməməsi nəticəsində ətraf mühitə və insan sağlamlığına təsir edən faktorların həm həcmi, həm də miqdarı çoxalıb.
Göstərilən çatışmazlığın aradan qaldırılması və bu sahədə əməli fəaliyyətə başlamaq üçün Dövlət Strategiyası işlənib hazırlanıb. Dövlət Strategiyasının məqsədi gələcəkdə təhlükəli tullantıların idarə olunması üzrə qərarların qəbul olunması əsaslarının yaradılması, beynəlxalq standartlara uyğun olaraq təhlükəli tullantıların əmələ gəlməsi, emalı və basdırılması və ilk növbədə, illər boyu yığılıb qalmış təhlükəli tullantıların yaratdığı ekoloji riskin azaldılmasına zəmanət verən tədbirlər sisteminin hazırlanması üçün vacib olan fəaliyyətin həyata keçirilməsidir.
Bu məqsədlə “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi tərəfindən Bakı və regionlarda fəaliyyət göstərən özəl və dövlət klinikalarında tibbi tullantıların idarə olunması prosesinin monitorinqi aparılacaq. Aparılan monitorinqlərin nəticələrinə uygun olaraq hesabat sənədi hazırlanaraq dövlət orqanlarına, Parlamentə, Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq qurumlara, KİV və İctimaiyyətə təqdim olunacaq.
Eyni zamanda Bakı və regionlarda fəaliyyət göstərən özəl və dövlət klinikalarında tibbi tullantıların idarə olunması, bu sahədə yerli və beynəlxalq qanunlar və konvensiyalar mövzusunda təlimlər keçiriləcək. Təlimlər və monitorinqlər Beyləqan, İmişli, Saatlı və Şirvan rayonlarında aparılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm