Mübarək aylar başlayır
Yusif Nəzərli
21:16 01.02.2022
Cəmiyyət
901
Bu aylar mənəvi iqlimiylə ruhumuzu oxşayıb, könlümüzü fərəhləndirəcək
Müsəlman aləmində məxsusi yeri olan mübarək aylardan biri Rəcəb fevralın 3-dən etibarən başlayır. Rəcəb və sonrakı Şaban ayı Ramazan ayına hazırlıq müddəti hesab edilir. Rəcəb və Şaban ayları həm də Uca Rəbbimizin məhz bu aylar içində bizlərə ehsan etdiyi qəndil gecələri ilə məşhurdur. Rəcəb ayının ilk cüməsi – cümə axşamını cüməyə bağlayan gecə “Rəqaib qəndili” – Allahdan bağışlanma diləmək üçün münasib sayılan gecələrdəndir. Rəcəb ayında həmçinin əziz islam peyğəmbəri Məhəmməd əleyhissalamın Merac gecəsi də vardır.
Həmin gecə də “Merac qəndili” kimi məşhurdur. Şaban ayında isə Rəbbin bəndələrinə bağışladığı, əfv diləyənləri əfv etdiyi mübarək “Bəraət qəndili” “gizlənir”. Əziz islam peyğəmbəri ümmətinə bu aylardan mümkün olduqca çox bəhrələnmək və mübarək Ramazan ayına hazırlıq görməyi tövsiyə edib.
Artıq mübarək 3 aylar başlayır. Hicri-qəməri təqvimiylə Rəcəb ayı miladi təqvimlə fevralın 3-dən etibarən başlayır. İlk qəndil gecəsi də fevralın 3-dən 4-nə keçən gecədir. Təsdiqlənmiş hədislərdə islam peyğəmbəri Məhəmməd əleyhissalamın belə buyurduğu bildirilir: Rəcəb Allahın, Şaban mənim, Ramazan ümmətimin ayıdır”.
Həmçinin Allahın Rəsulu belə dua edərmiş:
“Allahım, Rəcəb və Şabanı bizə mübarək qıl, bizi Ramazana yetir”. 3 aylar göylərin nura qərq olduğu, yer üzünün Allahın ehsan etdiyi nemətlərlə dolub-daşdığı aylardır. Bu aylar mənəvi iqlimiylə ruhumuzu oxşayıb, könlümüzü fərəhləndirəcək. Mübarək aylar xeyirlərə vəsilə olsun.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat