Müəllim ləhcə ilə dərs apara bilməz - Dil Komissiyası
Yusif Nəzərli
09:37 01.02.2022
Cəmiyyət
551
Nə qədər ki, orta məktəb dərslikləri, bədii ədəbiyyatlar tərcümə olunmuş formada təqdim edilir, o qədər də problem olacaq. Bu problem elə orta məktəbdən başlayır.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva AzTV-nin efirində yayımlanan “Çıxışa Doğru” proqramında qonaq olarkən deyib.
O bildirib ki, bu məsələdə müəllimlərin də üzərinə böyük yük düşür:
“Orta məktəb müəllimləri Azərbaycan dilini mükəmməl bilməlidir, dialektlərlə danışmamalıdır. Dailektlərimizin hər biri özünəməxsus gözəldir, bu məsələnin başqa tərəfidir. Lakin dialektlə dərs aparmaq olmaz. Müəllim ləhcə ilə dərsə girib, dərs apara bilməz. Bu zaman hansı dil normalarından danışa bilərik? Bu gün dilimizin zəngin tərəflərini tətbiq etməliyik. Dialektdə olan sözləri yeniləyərək lüğətlərə gətirməliyik. Uşaqlar bədii ədəbiyyata yönləndirilməlidir, lakin təəssüf ki, bu gün bədii ədəbiyyatımız ürəkaçan səviyyədə deyil. Son dövrlərdə oxuduğumuz bədii ədəbiyyatlarda azərbaycan dilinin düzgün cümlə quruluşunu görə bilirikmi? Bir absazı 60-70-ci illərin yazıçılarının əsərlərindən və müasir yazıçıların əsərlərindən götürüb müqayisə edək. Hansı daha çox bizim üslubumuza uyğundur? Bu gün yazıçılar necə danışırsa, eləcə də yazır. Belə olan halda oxucularını da o üsluba gətirir. Mən öz yazıçılarımızın əsərini oxuyanda elə bilirəm ki, əsər tərcümə olunub. Düşünürəm ki, bu təfəkkür məsələsidir. Neçə yazıçımız var ki, onun qələmi nümunəvidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat