Müşavir Ramiz Mehdiyevə cavab verdi: “Əlimdə bir neçə mühüm əsas var”
Yusif Nəzərli
10:38 20.01.2022
Cəmiyyət
494
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müşaviri, akademik Möhsün Nağısoylu Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətində “hörümçək” sözünün yer almaması ilə bağlı AMEA prezidenti Ramiz Mehdiyevin ötən gün Rəyasət Heyətinin iclasında səsləndirdiyi fikirlərə münasibət bildirib.
Bu barədə “Report”a danışan M.Nağısoylu R.Mehdiyevə izahat verməyə hazır olduğunu deyib.
Onun sözlərinə görə, lüğətin çapa gedən kompüter variantında, yəni siqnal nüsxədə “hörümçək” sözü olub: “Ola bilər ki, lüğət bir kompüterdən digərinə köçürüləndə o söz çıxıb. Bunu qəsdən çıxarmağımız mümkünsüzdür. Bunun təxribat olmasına da inanmıram, bu, sırf texniki məsələdir. Əgər bizim məqsədimiz o sözü çıxarmaq olsaydı, onda niyə eyniköklü digər sözləri saxlayırdıq? Axı orada hörümçəkkimilər, hörümçəyə oxşar, hörümçəyəbənzər sözləri var”.
“Bizim əlimizdə bir neçə mühüm əsas var: Birincisi, bu söz bizim kompüterimizdə, yəni nəşrə gedən sonuncu variantda var. İkincisi, kitab şəklində bizə təqdim olunan siqnal variantında var. Üçüncüsü, lüğətdə bu sözlə eyniköklü olan ifadələr var. Dördüncüsü, "spayder" sözünün "hörümçək" deyil, məhz başqa məna daşıması ilə bağlı əsas mənbə var - bu da 2016-da çap olunub, internetdə də mövcuddur. Bir daha demək istəyirəm ki, yeni lüğətdəki “spayder” sözü isə hörümçək sözünün tərcüməsi anlamında verilməyib və bu sözün texniki termin kimi mənası mövcuddur. Bütün bunları izahat kimi Ramiz Mehdiyevə deyə bilərəm”, - akademik M.Nağısoylu bildirib.
Qeyd edək ki, Ramiz Mehdiyev ötən gün AMEA Rəyasət Heyətinin iclasında Dilçilik İnstitutunun nəşr etdirdiyi Orfoqrafiya lüğəti ilə bağlı mətbuatda yazılanlara münasibət bildirib. O deyib ki, lüğətin nəşrinə məsuliyyət daşıyan şəxslərin verdikləri izahatlarla razı deyil. R.Mehdiyev onlardan daha ciddi və əsaslı izahatlar gözlədiyini söyləyib.
Xatırladaq ki, hazırda qalmaqala çevrilən lüğətin elmi redaktoru həmin vaxt Dilçilik İnstitutunun direktoru vəzifəsində çalışan akademik Möhsün Nağısoylu olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat