“Həmin əmrlə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, regional mədəniyyət idarələrinin və mədəniyyət müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Tapşırıqlara əsasən həmin müəssisələrdə iş planlarına yenidən baxılması, sənədləşmə və kargüzarlıq fəaliyyətinin təkmilləşdirilməsi, internet saytlarının zənginləşdirilməsi, sosial şəbəkələrdəki fəaliyyətin təşviqi, statistik göstəricilərin, hesabatların, maliyyə sənədlərinin yoxlanılması, tədris proqramlarının şagirdlər tərəfindən tam mənimsənilməsi məqsədi ilə məktəblərin və müəllimlərin iş planlarında müvafiq dəyişiklərin edilməsi, müəllimlərin uşaq musiqi və incəsənət məktəblərinin tədris portalından intensiv istifadəsinin təşviq edilməsinə dair tapşırıqlar verilib. Habelə həmin əmrlə teatr-tamaşa-konsert müəssisələrində yaradıcı heyətin məşq proseslərini və texniki heyətin işə davamiyyətinin müvafiq qaydada tənzimlənməsini, cari təsərrüfat problemlərinin həlli tapşırılıb”.
Muzeylərə tamaşaçıların, kitabxanalara oxucuların gəlişi məhdudlaşdırıldı - RƏSMİ
12:27 12.03.2020
Cəmiyyət
598
"Yayılmaqda davam edən yeni növ koronavirus infeksiyasının Azərbaycanda kəskin xarakter almasının qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər davam etdirilir".
Bu barədə "Sherg.az"a Mədəniyyət Nazirliyinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətov məlumat verib.
Onun sözlərinə görə, Mədəniyyət nazirinin martın 3-də verdiyi əmrlə tabelikdə olan təhsil müəssisələrində təhsil prosesi müvəqqəti olaraq dayandırılıb: “Martın 6-da verilən digər əmrlə infeksiyanın mədəniyyət müəssisələrində yarada biləcəyi təhlükənin qarşısının alınması və bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi üzrə tədbirlər planı tətbiq edilib. Hazırda Mədəniyyət Nazirliyinin tabeliyindəki bütün müəssisələrdə sanitar-gigiyena və profilaktik-dizenfeksiya işləri görülür, qapalı ərazilərdə kütləvi tədbirlər təxirə salınır, xarici ezamiyyələrin məhdudlaşdırılması, maarifləndirmə və cari işlərin aparılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir”.
İ.Hümbətov aparılan tədbirlərin davamı olaraq, bu sahədə işlərin daha effektiv həyata keçirilməsi üçün martın 12-də növbəti əmr imzalanıb:
“Həmin əmrlə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, regional mədəniyyət idarələrinin və mədəniyyət müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Tapşırıqlara əsasən həmin müəssisələrdə iş planlarına yenidən baxılması, sənədləşmə və kargüzarlıq fəaliyyətinin təkmilləşdirilməsi, internet saytlarının zənginləşdirilməsi, sosial şəbəkələrdəki fəaliyyətin təşviqi, statistik göstəricilərin, hesabatların, maliyyə sənədlərinin yoxlanılması, tədris proqramlarının şagirdlər tərəfindən tam mənimsənilməsi məqsədi ilə məktəblərin və müəllimlərin iş planlarında müvafiq dəyişiklərin edilməsi, müəllimlərin uşaq musiqi və incəsənət məktəblərinin tədris portalından intensiv istifadəsinin təşviq edilməsinə dair tapşırıqlar verilib. Habelə həmin əmrlə teatr-tamaşa-konsert müəssisələrində yaradıcı heyətin məşq proseslərini və texniki heyətin işə davamiyyətinin müvafiq qaydada tənzimlənməsini, cari təsərrüfat problemlərinin həlli tapşırılıb”.
O, eyni zamanda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında istehsal prosesində planlaşdırılmış kütləvi səhnələrin çəkilişlərinin müəyyən müddətə təxirə salınmasının, həmçinin “Nizami” Kino mərkəzinin böyük zalının bağlanması ilə əlaqədar olaraq iki kiçik zalına nəzarətin gücləndirilməsinin və davamlı şəkildə sanitar-profilaktik tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb: “Muzeylərdə veb-saytların yenilənməsi, sənədləşmə, fondların təkmilləşdirilməsi və muzey işinin təhlili istiqamətində tədbirlər həyata keçirilməsi, elmi-tədqiqat, bərpa işlərinin və muzey ekspozisiyalarının internet üzərindən virtual olaraq təqdim olunması, habelə fərdi ustad dərsləri və mühazirələrin canlı yayım vasitəsi ilə ictimaiyyətə təqdim olunması tapşırılıb”.
İ.Hümbətov kitabxanalarda kitab və köməkçi fondların yoxlanılması, fondların inventarizasiyası, kataloq və kartotekaların redaktə, təmizlənmə və qaydaya salınması, biblioqrafiyanın və elektron məlumat bazalarının tərtibi, virtual kitabxana xidmətlərinin təkmilləşdirilməsinin də tapşırıldığını diqqətə çatdırıb.
“Sonuncu əmrlə Bakı şəhəri və regionlarda fəaliyyət göstərən muzey bə mərkəzi kitabxanalarda iş fəaliyyəti ilə bağlı qeyd olunan dəyişikliklərin həyata keçirilməsi və muzeylərə tamaşaçıların, kitabxanalara oxucuların gəlişi məhdudlaşdırılıb”, - deyə İ.Hümbətov bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət