Narahatlığa son: “Keçilməyən mövzular imtahana salınmayacaq”
Məlahət Rzayeva
07:57 26.03.2020
Cəmiyyət
1218
Virus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə təhsil müəssisələrinin tətil müddətinin uzadılması, valideynlərin narahatlığına son qoydu. Amma bir məsələ var ki, buraxılış və qəbul imtahanlarına hazırlaşan şagirdlər hazırlıqsız ola biləcəklərindən ehtiyatlanırlar. Çünki hazırlıq kurslarının fəaliyyəti də dayandırlıb. Belə vəziyyət bir çox suallar doğurur.
Təhsil eksperti Kamran Əsədov bu gün valideyn və şagirdləri narahat edən məqamlara aydınlıq gətirib.
Ekspert bildirib ki, keçilməyən mövzular imtahan suallarına salınmayacaq:
"Bu il ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün hazırlaşan abituriyentlərə, onları hazırlaşdıran müəllimlərə vacib bir məqamı rəsmi olaraq məlumat verim ki, DİM-in keçirdiyi builki bütün növ imtahanlarda tədris olunmayan mövzulardan suallar tərtib olunmayacaq.
Bu o deməkdir ki, 3 martdan etibarən 9-cu və 11-ci sinif şagirdlərinin keçməli olduğu, amma keçə bilmədiyi mövzulardan test tapşırığı salınmayacaq.
Amma 11 - ci sinif şagirdinin 3 martdan sonra keçməli olduğu bir çox mövzuları o 9 - cu sinifdə oxuyanda keçib. Ona görə də, məhz həmin mövzuları 11 - ci sinif dərsliklərindən yox, 9 cu sinif dərsliklərindən oxuyub öyrənsinlər. Bir daha qeyd etmək istəyirəm ki, bütün fənlər və bölmələr üzrə tədris olunmayan mövzulardan suallar tərtib olunmayacaq. Hətta tədris bərpa olunduqdan sonra da bu mövzular keçirilsə belə, onlardan test tapşırığı təqdim olunmayacaq.
K.Əsədov onu da qey edib ki, imtahanların nə vaxt və necə keçiriləcəyi məlum deyil. İmtahanların forması hələki öz əvvəlki qaydasında qalıb. Dəyişiklik olsa, bu barədə məlumat veriləcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət