NASA yeni planet kəşf etdi
Yusif Nəzərli
03:20 01.02.2022
Cəmiyyət
440
Burada qış 2 günə bitir, yaz ayı isə cəmi 1 gündür
Alimlər NASA-nın 2020-ci ildə kainatı izləmiş “Spitzer” teleskopunun görüntüləri əsasında yeni planet kəşf edib. Bu planet indiyədək kəşf edilənlərdən tamamilə fərqlənir. “Independent” (Türkcə) yazır ki, planetə “XO-3b” adı verilib. Bu planetdə 1 il, Yer kürəsindəki 1 illə müqayisədə cəmi 3 gündür! Bu planetdə fəsillər qorxunc bir sürətlə bir-birini əvəzləyir. Qış 2 günə bitir, yaz ayı isə cəmi 1 gündür! Tədqiqat qrupunda təmsil olunan Lisa Dang “mövsümi temperatur dəyişikliklərinin dünyamızdakından yüz dəfələrlə güclü olduğunu gördük”, deyib. Bu planet “isti Yupiter” sinfinə aid edilib.
Bu o deməkdir ki, yeni planetin ölçüləri ən azı Yupiter qədər, ya da ondan daha böyükdür. Planetin kütləsinin Yupiter planetindən 12 qat artıq olduğu zənn edilir.
Planetin yaxınlıqdakı ulduzla arasındakı məsafə 6,7 milyon kilometrlik bir məsafədir. Astronomik ölçülərə görə, bu, planetin ulduzla “burun-buruna” dayanması deməkdir.
Bu məlumatlar NASA-nın mətbuat konfransında açıqlanıb. Alimlər qeyd edib ki, yeni kəşf edilmiş planetdə mövsümlər ulduzdan gələn radiasiya miqdarına önəmli bir ölçüdə təsir edir. Bu, bizim dünyamızdakı fəsillərlə eyni deyil. Kosmik teleskop həm də planetdə tünd qırmızı əlamətlər görüntüləyib. Bu da planetin son dərəcə qızmar temperatura malik olduğu və istiliyin daxildən qaynaqlandığı anlamına gəlir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat