Nazir: "Gənclərin əsas problemi işsizlikdir"
Yusif Nəzərli
07:14 21.12.2022
Cəmiyyət
345
"Gənclərin bir çox çətinlikləri var, biz onları araşdırırıq, çalışırıq həll edək. Dünyanın hər yerində olduğu kimi əsas problem işsizlikdir".
"Report" xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, rəhbərlik etdiyi qurum bu istiqamətdə bir sıra layihələr həyata keçirir:
"Dövlət Məşğulluq Agentliyinə təşəkkür edirəm ki, cari il ərzində birlikdə bir sıra layihələr gerçəkləşdirdik. Hətta beynəlxalq qurumlarla da birgə layihələrimiz oldu. Bizim gənclər evlərimiz var. Orada da bir sıra tədbirlər həyata keçirilib. Xüsusilə vurğulamaq istədiyim bizim "Yerli" layihəmizdir. Bu layihə çərçivəsində biz regionlara tez-tez səfər edirdik. Regionlardakı imkanlar paytaxtdakı imkanlarla eyni deyil".
Nazir qeyd edib ki, bir sıra yeni peşələr yaranıb:
"Xüsusilə də İT sahəsində. Təəssüf ki, region gənclərinin bu istiqamətdə imkanları məhduddur. Bəzi gənclər evində kompüterlər yoxdur. Biz onlara qısa müddət ərzində şərait yaratmağa və "Yerli" layihəsi çərçivəsində İT kursları, qrafik dizayn kursları keçməyə çalışdıq. Bu davamlı olacaq.
"Yerli" layihəsi çərçivəsində 3 ay ərzində 240 nəfərdən artıq gənclə görüşdük. Aparılan işlərin nəticəsində bəlli oldu ki, onlardan bir çoxu regionlarda iş tapa biliblər. Onlar heç bir yerə getmədən internet üzərindən SMM deyilən sahə üzrə iş qurub pul qazana biliblər. Bizim belə layihələrimiz çoxdur, gələcəkdə də bu cür layihələr üzərində çalışacağıq. Hazırda yeni layihələrin hazırlanması üçün müəyyən araşdırmalar davam edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya