Nəhəng asteroid Yerə yaxınlaşır
Yusif Nəzərli
03:00 25.02.2022
Cəmiyyət
495
Bir qitəni yox edəcək böyüklükdədir!
İsrailin Veeizmann Elmi-tədqiqat İnstitutunun təhsil qolu olan Davidson Elmi-Tədqiqat İnstitutunun araşdırmasına görə, ölçüsü 140 metrdən böyük bir asteroid Yer planeti ilə toqquşarsa, ilk atom bombasının təsirindən yaranan enerjidən ən az 1000 dəfə artıq enerjinin ortaya çıxmasına səbəb olacaq. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, NASA-nın asteroid müşahidəçisi hazırda 400 metrdən böyük ölçüdə asteroidin dünyaya doğru irəlilədiyini bildirib. Amma NASA dünya əhalisinin həm də sakitləşdirir: “qorxmayın, Yer planetindən yan keçəcək”. Planetimizə doğru istiqamətlənmiş asteroid 455176 (1999 VF22) rəqəmləri ilə nömrələnib.
Asteroidin təxmini ölçüləri 190-la 430 metr arasındadır. Lakin hətta ən kiçik asteroidin də Yer planeti üçün böyük təhlükə daşıdığı məlumdur. Alimlər bildirir ki, ölçüləri 300 metrdən böyük olan asteroidlər böyük bir qitəni məhv etmək gücündədir. 1908-ci ildə Tunquska bölgəsində (Sibir) yerə düşmüş asteroidin böyüklüyü 190 metr genişliyində imiş. Bu, indiyədək dünyada meydana gəlmiş ən böyük partlayış hesab olunur.
NASA-nın açıqlamasında qeyd edilir ki, planetə yaxınlaşmaqda olan asteroid dünyamızdan 5,36 milyon kilometr aralı məsafədə keçəcək və Yer planetinə toxunmayacaq (Planetimizə toxunan əllər varkən, asteroidin bizlərə rəhmi gəlir M.R.). Ağlasığmaz məsafədə ötüb keçəcək asteroidi görmək mümkündürmü? Alimlər bildirir ki, xüsusi teleskopla mümkündür. Alimlər bəşəriyyəti baş verə biləcək hər hansı fəlakətə hazırlıqlı olmağa çağrır. Asteroid o qədər sakit irəliləyir ki, sanki hərəkətsizdir. Əslində hərəkətdədir.
Qeyd edilir ki, göy cisimlərinin planetlə toqquşması nəticəsində yaşanacaq dəhşətli fəlakətlər dəfələrlə Hollivud filmlərinə senari olub. 2019-cu ildə bir asteroid Yer planetinə 70 min kilometrə qədər yaxınlaşmışdı. Asteroid planetə yaxınlaşmasına 24 saat qalmış fərq edilmişdi. Dünyamızın bəxti gətirir ki, asteroidlərin sürəti getdikcə azalır və onlar Yer planetinə yaxınlaşan zaman (bu “yaxınlaşma” da milyon kilometrlərlə ölçülür) sürətləri xeyli yavaşıyır.
Məlahət
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol