Nevroloqlardan xəbərdarlıq: Smartfonlar erkən əqli zəifliyə səbəb olur
18:40 10.03.2020
Cəmiyyət
531
Müasir cəmiyyətdə rəqəmləşdirilmə sistemindən həddindən artıq istifadə edilməsi əmək qabiliyyətinə malik 30 yaşdan 50 yaşa qədər olan insanların tez-tez beyin yorğunluğundan şikayətlənməsinə gətirib çıxarır. Neyroxirurq və yaddaş klinikasının direktoru Ayumi Okumura hesab edir ki, unutqanlıq ən yaxın zamanlaradək yaşlı adamlara xas xüsusiyyət idi, amma indi bu hal gənclərdə də müşahidə olunur. Direktor bunu insanların vaxtlarının çox hissəsini kompüter arxasında və yaxud da smartfonlardan istifadə etməklə keçirmələri ilə əlaqələndirir.
AZƏRTAC “Medikforuma” istinadla bildirir ki, beyin vaxtaşırı sosial şəbəkələrdən məlumatlar qəbul etməyə, videolara, fotolora baxmağa, məktubları oxumağa məcbur olur və bu da onun yorulmasına gətirib çıxarır.
Məlumdur ki, beş hissiyyat orqanı – göz, qulaq, iy, dad, hiss orqanları vasitəsi ilə qəbul edilən hər bir informasiya beynin ağıl hissəsinin payına düşür və ondan sonra ilkin işlənmə üçün digər hissələrə ötürülür. İnformasiya dalğası ona gətirib çıxarır ki, beyn ağıl hissəsinin payına düşən işin həcminin öhdəsindən gəlməyə qadir olmur, fikirlərə nəzarət, emosiyaların idarə olunmasına təsir edə bilmir.
“Daxil edilən informasiyanın miqdarı həddindən artıq çoxalır, həzm olunmadan beyni yükləyir və bunun nəticəsində beyin zibil evinə dönür”, - deyə Okumara bildirir.
Beyni yorulan insan adi hallarda səhvlərə yol verməyə başlayır, materialı yadda saxlaması çətinləşir, emosiyalarına nəzarət edə bilmir, qıcıqlanır və əsəbi olur. Onda ilkin əqli zəiflik və depressiya əlamətlərini xatırladan maraq və motivasiya hissləri itir.
Kompüter vasitəsilə işdə, eyni zamanda, bir-neçə tapşırığı yerinə yetirən müasir insan sadəcə öz istirahətinə vaxt ayırmalıdır. Əgər o, hətta məişət işlərini görərkən, smartfondan ayrıla bilmirsə və bununla paralel olaraq müxtəlif saytlara girib videolara baxırsa və ya oyun oynayırsa, onda öz beynini stress vəziyyətində saxlayır. Heç də təəccüblü deyil ki, bir qədər keçəndən sonra o, yorğunluq hiss edir və fikrini cəmləmək qabiliyyətini itirir. Bu da öz növbəsində, demensiyanın və stressin inkişafına gətirib çıxarır.
Beyin aparatının effektivlyini yüksəltmək və onun xidmət müddətini artırmaq üçün mütəxəssislər beyinə istirahət verməyi tövsiyə edir. Bunun üçün sadəcə, qadjetlərdən istifadənin müddətinin azaldılması və kifayət qədər yatmaq tələb olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur