Nikah müayinələri bu xəstəlikləri üzə çıxardı - STATİSTİKA
08:34 17.08.2019
Cəmiyyət
792
Evlənməmişdən qabaq cütlüklərin tibbi müayinədən keçməsi vacib şərtlərdən biridir. Müayinəni vacib edən məqam gələcəkdə cütlükdə və dünyaya gələcək uşaqda hər hansı problemin yaranmaması ilə bağlıdır.
Maraqlıdır, tibbi müayinədən keçən gənclərdə hansı xəstəliklər aşkarlanır, cütlüklər daha çox hansı xəstəliyin daşıyıcısıdır ? Bu barədə Modern.az-a B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva danışıb.
Zöhrə Əlimirzəyeva deyir ki, əvvələr nikah öncəsi müayinədən keçmək könüllü idisə, indi məcburi hal daşıyır.
“2015-ci ildən Azərbaycanda nikahdan qabaq müayinələrin aparılmasına başlanılıb. Əvvələr bu proses könüllü idi sonralar icbari xarakter daşımağa başladı. Azərbaycan talasimiya xəstəliyinin çox yayıldığı ölkələr sırasındadır. Nikahdan qabaq bu proqramın həyat keçirilməsində məqsəd həmin xəstəliyin cütlüklərdə əvvəlcədən aşkarlanmasıdır. Hazırda ölkədə bir milyondan çox talasimiya daşıyıcısı var. Daşıyıcı praktik cəhətdən sağlam insandır. Yəni müayinə olunmayacağı təqdirdə onda bu daşıyıcılığın olması bilinmir. Lakin iki talasimiya daşıyıcısı olan insan evlənərsə o zaman həmin şəxslərin övladlarının xəstə doğulması ehtimalı yüksək olur”.
Zöhrə Əlimirzəyeva bildirir ki, indiyədək 600 mindən çox insan müayinədən keçib ki, onlardan da 20 mininin daşıyıcı olduğu aşkarlanıb.
“225 cütlüyün hər ikisində talasimiya daşıyıcılığının olduğu aşkarlanıb. Həmin cütlüklər də hamiləliyin 12, 18-ci həftələrində bizə müraciət edirlər və molekulyar genetiki müayinə aparılır. Daha sonra qadından dölyanı maye götürülür və uşağın genotipi müəyyən olunur k, uşaq xəstədir ya yox. İndiyədək aparılan müayinələrdə 30 uşağın sağlam olduğu, 30 uşaqda xəstəlik, 69 uşaqda daşıyıcılığın olduğu aşkarlanıb. Keçən ay 14 min 303 nəfər müayinə olunub ki, onların 4 min 141-i talasimiya daşıyıcısı, 61- nin “siflis”, 15 nəfərinin isə “QİÇS” olduğu öyrənilib. Həmin şəxslər təkrar dəvət olunaraq müayinə olunur və məsləhət verilir ki, ailə qurduqdan sonra hansı qaydalara əməl etmələri lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə
120 nəfər müharibə veteranı üçün kiçik bizneslər qurulub
12:27 20.05.2026
İqtisadiyyat