Nüşabə Vəkilova:“Vaqifsiz mənə çətindir”
Yusif Nəzərli
11:28 28.01.2022
Cəmiyyət
1574
Bu gün xalq şairi Vaqif Səmədoğlunun anım günüdür. Xalq şairinin vəfatından 7 il ötür. V.Səmədoğlu 1939-cu ilin 5 iyununda xalq şairi Səməd Vurğunun ailəsində dünyaya gəlib. İxtisasca musiqiçi olsa da, bu sahədə az fəaliyyət göstərib. “Yeddi şeir” adlı əsəri 1963-cü ildə “Azərbaycan” jurnalında çap olunur.
Müxtəlif illərdə “Yoldan Teleqramlar”, “Günün Baxtı”, “Mən burdayam, ilahi”, “Uzaq, yaşıl ada”, “Gölçöhrə yazıları”, “Sandıq şeirləri” adl kitabları çap olunur. “Bəxt üzüyü”, “İntizar”, “Yayda qartopu oyunu”, “Generalın son əmri”, “Mamoy kişinin yuxuları” və başqa pyesləri dövlət teatrlarında tamaşaya qoyulur. Ssenarisi əsasında iyirmidən çox film və televiziya tamaşası ekranlaşdırılıb. Sözlərinə Tofiq Quliyev, Emin Sabitoğlu, Eldar Mansurov kimi bəstəkarlar musiqi bəstələyib.
Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-i dünyasını dəyişib, Birinci Fəxri xiyabanda dəfn olunub.
“Məzarıma nə baş daşı qoyun, nə heykəl.
Bir cüt ayaqqabı qoyun, ayağıyalın geyib getsin...”- yazan şairin vida mərasimində oxucularından biri məzarının üstünə bir cüt ayaqqabı qoyur.
“Sherg.az”saytı xalq şairinin anım günü münasibətilə onun həyat yoldaşı Nüşabə Vəkilova ilə əlaqə saxlayıb.
Nüşabə xanım deyir ki, onun V.Səmədoğlu haqqında xatirələrindən ibarət kitabı çapdan çıxıb:
“Dünən “Mən sənin yuxunam”adlı kitabım nəşr edildi. Mənə çətindir. İllər heç nədir, heç nə. Sevdiyin insanın qarşısında bunların hamısı heç nədir. Nə demək istədiklərimi həmin kitabda əks etdirmişəm. Dünyanın, həyatın, özümün də rəngi o kitabda yazılıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat