Ölkədə işsizliyin səviyyəsi qadınlar arasında 58%, kişilər arasında 42% olub
Yusif Nəzərli
08:49 20.12.2022
Cəmiyyət
475
Ötən il Azərbaycanda işsizliyin səviyyəsi qadınlar arasında 58%, kişilər arasında 42% olub.
“Report” xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova parlamentin dekabrın 20-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanda qanunvericiliyin gender ekspertizasının aparılması qaydasının müəyyən edilməsi və onların icra vəziyyətinin gender bərabərlliyi baxımından monitorinqi zəruridir.
Komitə sədrinin sözlərinə görə, ötən il ərzində Dövlət Komitəsinə daxil olmuş vətəndaş müraciətlərinin təhlili ilkin olaraq belə bir təəsürat yaradır ki, ölkə ərazisində cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin ən geniş yayılmış forması məişət zorakılığı olaraq qalıb:
“Lakin məlumdur ki, ayrı-seçkiliyin digər təzahürlərini yaradan mənfi gender steriotipləri kişi və qadınların düşüncə və davranışına təsir etməklə belə halların onlar tərəfindən məhz hüquq pozuntusu kimi qəbul edilməsinə əngəl yaradır və nəticədə müdafiə üçün mövcud imkanlardan istifadə edilmir. Odur ki, ayrı-seçkiliyin bütün formalarının aşkar edilməsi və aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir”.
B.Muradova qeyd edib ki, 2021-ci ildə ölkə üzrə iqtisadi fəal və məşğul əhalinin tərkibində kişilərin sayı qadınların sayına nisbətən çox olub:
“İşsizliyin səviyyəsi qadınlar arasında 58%, kişilər arasında 42% olub. Ötən il kişilərlə qadınların orta aylıq əmək haqqları arasındakı fərq azalıb və paritetə doğru yüksələn dinamika üzrə irəliləyir. Ümumtəhsil məktəblərində şagirdlərin cins bölgüsü arasındakı fərq cəmi 7%-dir. Qadınlar daha çox orta ixtisas təhsilinə, kişilər isə peşəyönumü təhsilə üstünlük verirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya