Ölkəmizin köhnə maşın dərdi: Həm insan, həm də ekologiya üçün təhlükədir – Sistemsizlik !
Banuçiçək Kalbalıyeva
10:10 23.03.2021
Cəmiyyət
526
“Son zamanlar ölkə ərazisində və Bakı şəhərində ölümlə nəticələnən, insanların sağlamlığına ciddi ziyan vuran avtomobil qəzalarının sayı kəskin artıb. Hər gün xəbər saytlarında bir neçə belə məlumat olur. Məlumatlardan aydın görünür ki, ölümlə, ciddi xəsarətlə nəticələnən qəzalarda əksər avtomobillər ya sovet-rus, ya da 15-20 il və daha "yaşlı" maşınlardır”.
Bu sözləri ReAL partiyasının icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərli özünün Facebook hesabında yazıb. O, “Sherg.az”a açıqlamasında sözügedən halın səbəblərini izah etdi:
“Birincisi, karantin tədbirləri çərçivəsində ictimai nəqliyyat siyasəti düşüncəsiz və sistemsizdir. İctimai nəqliyyata şəhərdaxili qadağalar taksi xidmətinə tələbatı artırıb. İşsizlik probleminin kəskin olduğu dövrdə bir çox insan çarəsizlikdən borc-xərcə düşərək köhnə, daha təhlükəli maşın alıb çörək pulu qazanmaq istəyir. Beləliklə, qəza ehtimalı artır. Şəhərlərarası nəqliyyatın işləməməsi isə magistral yollarda taksi trafikinə təsir edib deyə, qəzalar da çoxalıb. Məsələn, Gəncəyə 50 nəfər 1 avtobusda gedirdisə, indi o 50 nəfər 10-12 maşınla getməli olur”.
N.Cəfərli məsələyə təsir göstərən digər məqamları da sadaladı:
“Hökumətin, Dövlət Gömrük Komitəsinin mənasız və soyğunçu siyasəti nəticəsində ölkənin avtoparkı durmadan köhnəlir. Və camaat daha ucuz olan köhnə maşınlara yönəlir. Hibrid və elektrikli maşınlara rüsum-vergilərin ləğv edilməməsi, yeni maşınlara daha az rüsum-vergi tətbiqinin qəbul edilməməsi insanlarımızın sağlamlığına ikiqat zərbə vurur - qəzalarda köhnə maşınlar vətəndaşı qorumur, ekologiyamız isə korlanır”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya