Ömər Eldarov: Heydər Əliyev çox yaxşı təşkilatçı idi, insanları tanıyırdı, onların psixologiyasını bilirdi
05:58 10.05.2020
Cəmiyyət
970
Görkəmli Azərbaycan heykəltəraşı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, SSRİ və Azərbaycan Dövlət mükafatlarının laureatları, "Qırmızı Əmək bayrağı", "Heydər Əliyev", "İstiqlal", "Şərəf" ordenli, Azərbaycan Milli Elmlər Akademiyasının və Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, xalq rəssamı Ömər Eldarov Heydər Əliyevin anadan olmasının 97-ci ildönümündə ümummilli lider haqqında təəssüratlarını Trend-ə danışıb:
"Heydər Əliyev öz əməksevərliyi, vətənpərvərliyi, peşəkarlığı və yüksək insani keyfiyyətləri sayəsində uğur əldə etmiş böyük şəxsiyyət idi. O, 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladı və ölkəni faktiki olaraq dağıntıdan xilas edərək regionun öncül dövlətinə çevirdi. O, çox yaxşı təşkilatçı idi, insanları tanıyırdı, onların psixologiyasını bilirdi. Harada işləməsindən asılı olmayaraq, onun qəlbi daim xalqı ilə birgə döyünürdü! 1982-ci ildə Moskvaya dəvət olunanda, SovİKP MK Politbüronun üzvü və SSRİ Nazirlər Şurası sədrinin birinci müavini seçiləndə bir çox sahələri, o cümlədən mədəniyyəti kurasiya edirdi. Heydər Əliyev hər zaman mədəniyyət və incəsənət xadimlərinə xüsusi diqqət və qayğı ilə yanaşırdı. Sovet İttifaqı dağılandan sonra Azərbaycan yenidən dağıntı və faciənin astanasında idi və yalnız Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıtması ölkəni xilas etdi, bununla da bütün sahələrdə inkişaf və sabitlik yoluna qədəm qoyuldu".
Ö.Eldarov ümummilli lider Heydər Əliyevin yüksək insani və yaradıcılıq keyfiyyətlərinin olduğunu vurğulayıb:
"Qeyri-iş vaxtında o, çox sadə və səmimi insan idi, zarafatlaşırdı, çox mehribanlıqla söhbət edirdi. O, bir dəfə mənə demişdi ki, Naxçıvanda orta məktəbdə oxuyarkən rəsm çəkməyi xoşlayırdı və öz rəsmlərini mənə göstərmişdi. Bu, o zaman rəssamlıq öyrənməyən gənc oğlan üçün çox yaxşı şəkillər idi. Onun rəssam olmaq arzusu var idi! 1939-cu ildə Heydər Əliyev Bakıda Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil oldu. Amma müharibə ona təhsilini başa vurmağa imkan vermədi. Faktiki olaraq müharibə onun planlarını yarıda qoydu və o, xüsusi xidmətlərdə və təhlükəsizlik orqanlarında işə başladı. Heydər Əliyev özünü inzibati və dövlət fəaliyyətinə həsr etdi! Xatırlatmaq lazımdır ki, onun böyük qardaşı Hüseyn Əliyev məşhur Azərbaycanın xalq rəssamı olub. Heydər Əliyevin qardaşı oğlu Rasim Əliyev uzun illər Bakının baş memarı olub. Yəni yaradıcı mühit Heydər Əliyevin xarakterinə və məqsədlərinə çox yaxın olub".
Görkəmli heykəltəraş Heydər Əliyevin Naxçıvanda ucaldılmış ilk büstünün müəllifidir. O, ümummilli liderinin ilk büstünün necə yaradılması barədə də danışıb:
"Heydər Əliyevin sağlığında heykəlləri olmayıb, o icazə vermirdi. Amma SSRİ Ali Soveti Heydər Əliyevə ikiqat Sosialist Əməyi Qəhrəmanı adı verəndə o, Vətənində büst qoyulmasına razılaşmalı oldu. Bu qərar bütün iki və çoxqat Sosialist Əməyi Qəhrəmanlarına şamil olunurdu. Lider abidəni yaratmağı mənə tapşırdı, çünki bunu yerli heykəltəraşın etməli olduğunu hesab edirdi. Həmin dövrdə o, SSRİ Nazirlər Şurası sədrinin birinci müavini idi, ona görə də büstün yaradılması üçün mənimlə Moskvada görüşlər təşkil olunurdu. Mənəvi və peşəkar dəstək üçün mən bu görüşlərdə Tahir Salahovun və Rasim Əliyevin iştirakını xahiş etdim. Biz gündə iki-üç saat gərgin olmayan yaradıcı mühitdə işləyirdik. Etüd çox yaxşı alındı və mən bunu Bakıya gətirdim. Daha sonra Naxçıvan şəhərində böyük meydanda abidə üçün yer seçildi, orada həmçinin Azərbaycan memarlığının digər abidəsi Möminə xatun türbəsi yerləşir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət