“Pandemiyanın tez bitməsini istəyiriksə, qaydalara riayət etməliyik”
Turan
12:05 09.05.2020
Cəmiyyət
1118
“Karantin rejimi yenidən sərtləşsə, bu proses uzanacaq və əziyyət çəkən də yenə həmin insanlar olacaq”
“Azərbaycan dövləti koronavirus pandemiyası ilə mübarizədə bütün mühüm tədbirləri həyata keçirib”.
Bunu “Sherg.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
Partiya təmsilçisi bəyan edib ki, dövlət tərəfindən hətta lazım olandan artıq proqram və planlar hazırlanaraq icra edilib:
“Ötən gün cənab Prezident tərəfindən açılışı həyata keçirilən yeni modul tipli xəstəxana kompleksi görülən komleks işlərin tərkib hissəsidir. Səhiyyəmizin uzunmüddətli proqram üzrə inkişafı sayəsində bu sahədə maddi-texniki təchizat və çarpayı sayı baxımından heç bir problemimiz olmadı. Bütün bunlar dövlətin və ölkə rəhbərliyinin uzaqgörən siyasəti nəticəsindədir. Dövlət üzərinə düşəni artıqlaması ilə edir. Məsələnin ikinci tərəfi vətəndaşlıq mövqeyidir. İndiki məqamda ən mühüm məsələ vətəndaşlarımızın sosial məsuliyyətidir. Əfsuslar olsun ki, aprelin 27-dən başlayan yumşalmadan sonra bəzi adamlarda koronavirusun bitdiyi düşüncəsi formalaşıb. Adamlar qoruyucu və gigiyenik vasitələrdən istifadə etməməyə, sosial məsafəni gözləməməyə başlayıblar. Nəticə etibarı ilə Bakı, Gəncə, Sumqayıt və s. şəhərlərdə yoluxmanın sayı artıb və mənfi tendensiya yaranıb”.
S.Orucova görə, əsas problem bəzi vətəndaşların diqqətsiz davranmasıdır:
“Kütləvi yerlərə maskasız gedənlər çoxdur. Dövlət tərəfindən görülən bu qədər ciddi işləri məsuliyyətsiz hərəkətlərlə puç etmək olmaz. Əgər pandemiyanın tezliklə bitməsini istəyiriksə, mütləq Operativ Qərargahın tövsiyyələrinə riayət etməliyik. Karantin rejimi yenidən sərtləşsə, bu proses uzanacaq və əziyyət çəkən də yenə həmin insanlar olacaq. Bir aya getdiyimiz yolu bəlkə də iki-üç aya qət etmək məcburiyyətində qalacağıq. Ona görə də hamımız ölkə rəhbərinin çağırışına qulaq verməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət