
“Parklama işində aya 300 min manat dövriyyə edir”- Nə vergi ödəyirlər, nə də...
Yusif Nəzərli
10:09 11.01.2022
Cəmiyyət
786
“Bakı şəhərində təxminən 600-ə yaxın belə parkinq yerləri var”
“Bunların hər birindən gündə 10-15 manat, bəzən daha çox pul yığırlar”
“Daxili İşlər Nazirliyi, prokurorluq orqanları, vergi xidmətləri müdaxilə edə bilər”
Paytaxt Bakının küçələrində sürücülərin tez-tez rast gəldiyi hallardan biri də parklama ilə bağlı qanunsuz ödənişlərin tələb olunmasıdır. Bu kimi əməliyyatlar özlərini “parkovşik” adlandıran şəxslər tərəfindən həyata keçirilir. Maşını park edərkən, özlərini "parkovşik" adlandıran şəxslər bu xidmətə görə pul tələb edirlər. Bəzi sürücülər isə “Bu dəstələrin başında kimin durur? Yığılan pullar kimin cibinə gedir?” kimi haqlı sullar ünvanlayırlar.

Biz də “Sherg.az” olaraq bu suallara cavab tapmaq məqsədilə nəqliyyat üzrə ekspert Elməddin Muradlı ilə əlaqə saxladıq. O “Sherg.az”a bildirdi ki, hazırda parklama ilə bağlı Bakı şəhərində, eləcə də respublikanın digər ərazilərində xaotik vəziyyət hökm sürməkdədir:
“Çünki birincisi, küçələr boydan-boya “dayanmaq qadağandır” nişanları ilə “bəzənib”. İnsanlar artıq parklanma üçün normal yer tapanda sevinirlər. İkinci problem isə qanunsuz olaraq vətəndaşlardan pul tələb olunmasıdır. Bununla bağlı dəfələrlə müzakirələr aparılıb. Bakı Nəqliyyat Agentliyi açıqlama verib ki, hazırda tariflər müəyyən edilmədiyi üçün parklama ödənişsizdir”.
Ekspert qanunsuz ödnişləri tələb edən insan və qurumlardan söz açıb:
“Bəzi işbazlar, xüsusilə də “ASA parkinq” , “Çinar parkinq MMC” kimi qurumlar və özünü Qarabağ əlili kimi təqdim edən şəxslər parkinq ərazilərində qanunsuz pul yığımı ilə məşğul olurlar. Bakı şəhərində təxminən 600-ə yaxın belə parkinq yerləri var. Bunların hər birindən gündə 10-15 manat, bəzən daha çox pul yığırlar. Mənim hesablamalarıma əsasən, ay ərzində ümumi 300 min manata yaxın qanunsuz və heç bir vergisi olmadan pul dövriyyə edir.
“Çinar MMC” keçmiş polis rəisi Nizami Qocayeva məxsusdur. Bələdiyyə kağızı ilə iş görür və öz açıqlamasına əsasən, qanuni işləyir. Bələdiyyənin burada hansı səlahiyyəti olduğu, hansı ixtiyarla parklanma üçün sərəncam verdiyi müəammalı məsələdir. BNA-nın və Yol Polisinin səlahiyyətində olan məsələyə bələdiyyə müdaxilə edir. Bunu araşdırmaq lazımdır. “ASA parkinq” Bakı şəhər İcra Hakimiyyətinin xüsusi təyinatlı avto-nəqliyyat idarəsinin keçmiş işçilərindən bu işdə istifadə edir. Əvvəllər parklanmaya onlar nəzarət edirdi. Bu qurumun səlahiyyəti əlindən alınıb BNA-ya verildikdən sonra, buradakı əməkdaşların əksəriyyəti “ASA parkinq”in nəzarətinə keçib. Onlar parklanma yerlərindəki yaranmış boşluqdan istifadə edib, pul qazanırlar” .
E.Muradlı hansı qurumların burada söz sahibi ola biləcəyinə də toxunub:
“Beləliklə qəribə bir mənzərə yaranır. Hətta sürücüləri cərimə yazmaqla hədələyirlər. Bununla bağlı BNA mülki bir təşkilat olduğuna görə, heç bir iş görə bilmir. Polisin müdaxiləsi lazımdır. Eyni zamanda, daxili işlər orqanları, prokurorluq orqanları, vergi xidmətləri müdaxilə edə bilər. Bu sahədə qayda-qanun yaratmağa ehtiyac var. Nazirlər kabinetinin parklanma ilə bağlı tarifləri müəyyənlədirəcək. Düşünürəm ki, bugünkü reallıqları nəzərə alaraq dövlət parklanma qiymətlərini normal şəraitdə və müəyyən şərtlər daxilində açıqlamalıdır”.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən münasibət öyrənməyə çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Çimnaz ŞAHLAR
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat