Professor gileyləndi: “Tələbələrin çoxu yazı qaydalarına əməl edə bilmir” – Biabırçılıqdır!
Yusif Nəzərli
11:15 01.02.2022
Cəmiyyət
460
“Durğu işarələrini bir kənara qoyuram, çox ciddi nöqsanlar edirlər”
“Məsələn, "da" və "də"ni, "ki"ni bəzi hallarda bitişik yazırlar. Əlbəttə, məsələnin kökü məktəbə gedir”
Sosial şəbəkələrdə qrammatik səhvlərlə dolu paylaşım müzakirə predmetinə çevrilib. Ölkədə diplomlu işsizlər və ya ofisiantlar çoxdur.
Ancaq ali təhsil alan insanın yazı normalarına əməl edə bilməməsi insanların mənfi münasibət göstərməsinə səbəb olub. Ümumiyyətlə, elə tələbələr var ki, universitetdə oxuyanda yüksək nəticələr əldə edir. Amma yazılarında orfoqrafik səhvlər olur. Hesab olunur ki, gənclərin bu cür problem yaşamalarına səbəb olan amillərdən biri də test üsulu ilə imtahan verməsidir. Ali təhsilli insanların bir çoxu qrammatik və orfoqrafik qaydalara niyə əməl edə bilmir?
Məsələ ilə bağlı “Sherg.az”a açıqlama verən BDU- nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli problemin məktəblərdən qaynaqlandığını bildirib:
“Biz yazılı imtahan götürəndə fikir veririk ki, tələbələrin çoxu yazı qaydalarına əməl edə bilmir. Durğu işarələrini bir kənara qoyuram, çox ciddi nöqsanlar edirlər. Məsələn, "da" və "də"ni, "ki"ni bəzi hallarda bitişik yazırlar. Əlbəttə, məsələnin kökü məktəbə gedir. Orta məktəblərdə yazı işi çox olanda qrammatik vərdişlər cilalanır. Ancaq bəzən bir-birlərindən köçürürlər. Baxırsan, şagirdlər imla və inşa yaza bilmirlər. 2-3 nəfər zəif olsa, başa düşərəm. Amma sinifin çoxunun belə olması biabırçılıqdır”.
Professor imtahanların yazılı aparılmasının üstünlüyündən bəhs edib:
“Test üsulu ilə imtahan məhsuldar deyil. Tələbələrin çoxu mühazirə yazmır. Bu da yazı vərdişini zəiflədir. Gənclər çalışqan olmalıdır. Qiraətlə çox məşğul olmalıdırlar. Telefon və ya başqa vasitə ilə mesaj, sosial şəbəkələrdə status yazmaq bizə sadə bir şey kimi gəlir. Ancaq necə yazdığımıza fikir vermirik”.
Q.Məhərrəmli hər kəsin qarşılıqlı şəkildə qrammatik qaydalara riaəti tələb etməsinin vacibliyini vurğulayıb:
“Xüsusilə, ictimai fiqur olan şəxslər yazılarına diqqət etməlidirlər. Həm də başqalarından da bunu tələb etməlidirlər. Dil bizim dəyərimizdir. Onu hərtərəfli qorumalıyıq”.
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat