"Qaçqınkom"un sektor müdirləri cəzalandırıldı
06:56 19.08.2019
Cəmiyyət
467
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib.
Komitədən verilən məlumata görə, iclasda Prezident İlham Əliyevin sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirədə mühüm məsələlərin müzakirə olunduğu, qarşıya təxirəsalınmaz vəzifələrin qoyulduğu diqqətə çatdırılıb.
Xatırladılıb ki, bu ilin əvvəlində təsdiqlənən çox böyük sosial paket - mimimum əməkhaqqı, pensiya və müavinətlərin məbləğinin əhəmiyyətli dərəcədə artırılması dörd milyondan çox insanı, o cümlədən məcburi köçkünləri əhatə edib. Qeyd edilib ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlətimizin başçısının daim diqqət mərkəzindədir. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması sahəsində məqsədyönlü ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın ən ağır vəziyyətdə olan, yaşayış üçün təhlükəli yerlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yeni mənzillərə birinci növbədə köçürülməsi barədə tapşırığının icrası davam etdirilir.
Kollegiyada bu il iyulun 5-də Bakının Pirallahı rayonunda ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 104-cü müasir yaşayış qəsəbəsinin istifadəyə verildiyi vurğulanıb, respublikanın müxtəlif bölgələrində yeni yaşayış komplekslərinin inşasının davam etdirildiyi bildirilib.
Dövlət Komitəsində elektron informasiya sisteminin təkmilləşdirilməsi gedişi kollegiyada geniş müzakirə olunub. Məcburi köçkünlərin köçürülmə obyektlərinə qeydiyyatının tamamilə dayandırıldığı, yerli sektor və nümayəndəliklərə komitə ilə razılaşdırmadan qeydiyyat aparılmaması barədə tapşırıq verildiyi qeyd edilib. Bununla bağlı yerli sektorların və nümayəndəliklərin aylıq hesabatları yoxlanılır, səhlənkarlığa yol verən əməkdaşlar cəzalandırılır. Məcburi köçkünlərin qeydiyyatında yol verdikləri nöqsanlara görə komitənin Nərimanov və Sabunçu rayon sektorlarının müdirləri barədə əmək qanunvericiliyinə uyğun inzibati tədbirlər görülüb.
Kollegiyada dövlətimizin başçısının tapşırıqları əsasında, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı şəhərində və respublikanın digər ərazilərində torpaq sahələrinin ayrılması işlərinin gedişi, məcburi köçkünlərin məşğulluğunun artırılması, qarşıdakı payız-qış mövsümünə hazırlıq məsələləri, məskunlaşdırılması başa çatdırılmış qəsəbələrdə mənzillərin istismar vəziyyəti və bu sahədə qarşıya çıxan problemlər müzakirə olunub, gündəlikdəki digər məsələlərə baxılıb.
Hər bir məsələ ilə bağlı konkret tədbirlər müəyyənləşdirilib, struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə
120 nəfər müharibə veteranı üçün kiçik bizneslər qurulub
12:27 20.05.2026
İqtisadiyyat
Sabah 27 dərəcə isti olacaq
12:25 20.05.2026
Ekologiya
Qazaxıstanda vitse-prezident vəzifəsi yaradıldı
12:03 20.05.2026
Gündəm
Əhmədinejadı hakimiyyətə gətirmək üçün... – ABŞ “planı”
11:54 20.05.2026
Dünya
Saleh Səmədovun mənimsədiyi məbləğ məlum oldu
11:30 20.05.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır
11:27 20.05.2026
Aktual