Qardabani rayonunda 110 layihə reallaşdırılacağı planlaşdırılıb
08:13 11.08.2019
Cəmiyyət
464
Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə 783 layihə həyata keçiriləcək
Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli bölgəsində bu il 783 infrastruktur və sosial layihə həyata keçiriləcək.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi nazirinin müvaini Salomon Pavliaşvili Qardabani rayonunda yerli sakinlərlə görüşündə bildirilib.
Layihələrin ümumi dəyəri 245 117 658 lari təşkil edir. Bunlardan ümumi dəyəri 50 959 216 lari olan 110 layihənin Qardabani rayonunda reallaşdırılacağı planlaşdırılıb.
Görüşdə yerli sakinlərə rayonda avtomobil yollarının inşası, yeni məktəblərin tikintisi, bərpa edilməsi, eyni zamanda digər infrastruktur və sosial layihələr barədə məlumat verilib.
Qardabani sakinləri həmçinin Gürcüstan hökumətinin təqaüdçülər, sosial təminatı olmayan və fiziki məhdud şəxslərin xroniki xəstəliklərin müalicəsi üçün 35 adda dərmanı 1 lariyə ala biləcəkləri ilə bağlı yeni təşəbbüsü barədə də məlumatlandırılıb.
Görüşdə parlament sədrinin müavini İlya Nakaşidze, Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili və yerli idarəetmə orqanlarının nümayəndələri də iştirak ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
WUF13-ə onlayn qeydiyyat bərpa edilib
16:44 20.05.2026
Cəmiyyət
“Sədaqətin Sükutu” layihəsinin hazırlıq mərhələsi başlayıb
16:42 20.05.2026
Ölkə
Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti dayandırılacaq
16:34 20.05.2026
Elm və Təhsil
“CHP haramın sığınacağı ola bilməz” - Kılıçdaroğludan sərt mesaj
16:26 20.05.2026
Gündəm
Su çəkildikcə dərələrdə qram-qram qızıl yığırlar
16:20 20.05.2026
Maraqlı
İtlərdə ağız qoxusuna qarşı inqilabi kəşf - Alimlər tapdı
16:14 20.05.2026
Sağlamlıq
Azərbaycan şəhərsalmada Çin modelindən öyrənməlidir - Professor
16:02 20.05.2026
Aktual
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region