
Qaz və işığa tədbiq olunan sabit tarif nədir? -Millət vəkilindən AÇIQLAMA
11:48 13.06.2025
Cəmiyyət
734
Qaz təchizatı sahəsində tariflərin tənzimlənməsi mexanizmi dəyişir. Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaz təchizatı haqqında” yeni qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, 2028-ci il iyulun 1-dən etibarən qaz təchizatı üzrə tənzimlənən qiymətlər (tariflər) müvafiq tənzimləyici orqan tərəfindən müəyyən ediləcək və qurumun rəsmi internet səhifəsində açıqlanacaq.
Eyni zamanda, elektrik enerjisi sahəsində də sabit aylıq tarifin tətbiqi nəzərdə tutulur. Bu, “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.
Layihəyə əsasən, sabit tarif – elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayaraq, sabit xarakterli xərclərin qarşılanmasına yönəlmiş və tənzimləyici tərəfindən müəyyən edilən məbləğ olacaq. Bu tarif hər bir istehlakçıya aylıq əsasda tətbiq ediləcək.
Milli Məclisin deputatı Azər Badamov Sherg.az-a söyləyib ki, bu gün keçirlən Milli Məclisin plenar iclasında qaz təchizatı və elektroenergetika qanunlarında sabit tarifin tətbiq olunması ilə bağlı qanun layihələri müzakirə olundu:

"Sabit tarif – qazın və ya da elektrik enerjinin istehlak səviyyəsindən asıllı olmayan sabit xarakterli xərclərin müvafiq icra hakimiyyəti orqanınının müəyyən etdiyi orqan tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqəsdilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementidir. Bu məbləğ hər bir ishehlakçı tərəfindən onun enerjini istehslak edib-etməməsindən asıllı olaraq hər ay ödənilməli və hamı üçün müəyyən olunmuş sabit bir rəqəm olacaq. Sabit tarifin tətbiq olunmasının məqsədi hər bir istehlakçıya qədər bütün kommunikasiyaların işləkliyini təmin etmək və fasiləsiz olaraq istehalak edilməsi üçün şəraitin yaradılmasıdır. Bunun qaz və enerjinin təchizatı ilə bağlı aparılan islahatların tərkib hissəsi olduğunu qeyd edə bilərik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət