Qazinin əlilliyi ilə bağlı səhv düzəldildi - RƏSMİ
Yusif Nəzərli
12:00 31.01.2022
Cəmiyyət
393
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Aprel döyüşlərində ayağını itirmiş qazinin müavinətinin kəsilməsi ilə bağlı səsləndirilən iddialara yenidən cavab verib.
Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Tural Qurbanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Hacıqabul rayon sakini Qarayev Rizvan Famil oğlu 2016-ci ildə tibbi-sosial ekspert komissiyasında əyani müayinə olunarkən həmin dövrdə müvafiq ərazi Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən onun əlilliyi müddətsiz (ömürlük) təyin edilməli olduğu halda, yanlış olaraq müddətli, yəni 5 il müddətinə təyin edilib:
“Bu günlərdə R.Qarayevin əlillik müddəti başa çatdığı nəzərə alınaraq ona müddətsiz (ömürlük) əlillik təyin edilib. Ötən il qanunvericiliyə edilmiş humanist dəyişikliyə əsasən, təkrar əlillik əvvəlki əlillik müddəti bitdiyi tarixdən 6 ay ötməmiş təyin edildikdə ötürülmüş müddət əlillik dövrü hesab edilərək həmin müddət üzrə də əlilliyə görə sosial ödənişlər verilir.
R.Qarayevə də əlillik əvvəlki əlillik müddəti bitdiyi tarixdən rəsmiləşdirilib. Yəni, R.Qarayev müharibə əlili kimi ödənilən bütün sosial ödənişlərini həmin vaxtdan (əvvəlki əlillik müddəti bitdiyi tarixdən) hesablanmaqla alacaq”.
“Əlillik dərəcəsinə gəldikdə isə, həm milli, həm də ümumən beynəlxalq əlillik meyarlarında sol baldırın aşağı 1/3-i səviyyəsində amputasiyası 3-cü dərəcə əlillik təyinatını nəzərdə tutur”, - deyə o əlavə edib.
Qeyd edək ki, bir neçə gün əvvəl R.Qarayevin sosial şəbəkələrdə müavinətin kəsilməsi ilə bağlı paylaşdığı videoya açıqlama verilmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat