Əsasən Ordu Günündə gerçəkləşən hərbi paradlara maraq daim yüksək olub. Bu paradlarda da Azərbaycanın hərb sənayesi bütün ehtişamı ilə nümayiş olunub. Lakin Qələbə Paradı tam başqadır. Qələbə paradı qələbə əldə etmiş xalqın, ölkənin təbii haqqıdır. Eyni zamanda mövcud pandemiya şəraiti ilə bağlı bəzi narahatlıqların olması da təbiidir. Ərazilərimiz işğaldan azad edildikcə xalqın sevincinin küçələrdə əks-səda verməsini oktyabr-noyabr ayları ərzində müşahidə etdik.
Qələbə paradı az sayda izləyicinin iştirakı ilə keçiriləcək
Məlahət Rzayeva
09:20 03.12.2020
Cəmiyyət
1621
Əks halda nəzarətsizlik yaranar və yoluxma sayı arta bilər
Vətəndaşlarsa, çox güman, efir vasitəsilə paradı izləyəcəklər. Parad canlı nümayiş olunacaq. Belə daha məntiqlidir
Torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Vətən müharibəsindəki qələbəmizin şərəfinə yaxın günlərdə hərbi parad keçirilməsi gözlənilir. Bu haqda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qələbə təbrikli çıxışları zamanı ərazilərimiz tamamilə düşməndən azad olduqdan sonra Qələbə paradının keçiriləcəyinin, öz hərbi texnikamızla yanaşı düşmənin qənimət kimi əldə edilmiş hərbi texnikasının, həmçinin darmadağın edilmiş hərbi texnikasının da nümayiş olunacağının anonsunu verdi. Xalqımız həmin möhtəşəm günü səbirsizliklə gözləyir. İndiyədək bir neçə dəfə hərbi parad keçirilib.
Əsasən Ordu Günündə gerçəkləşən hərbi paradlara maraq daim yüksək olub. Bu paradlarda da Azərbaycanın hərb sənayesi bütün ehtişamı ilə nümayiş olunub. Lakin Qələbə Paradı tam başqadır. Qələbə paradı qələbə əldə etmiş xalqın, ölkənin təbii haqqıdır. Eyni zamanda mövcud pandemiya şəraiti ilə bağlı bəzi narahatlıqların olması da təbiidir. Ərazilərimiz işğaldan azad edildikcə xalqın sevincinin küçələrdə əks-səda verməsini oktyabr-noyabr ayları ərzində müşahidə etdik.
Xalq bayramının qarşısı alınmadı. Amma yoluxma sayındakı bugünkü artımın əsas səbəblərindən biri kimi məhz insanların konkret günlərdə yürüşə çıxmaları, təmasların xeyli artması, vətəndaşların sosial məsafəni heçə saymaları göstərilir. Yoluxma sayı hələ də yüksəkdir. Belə şəraitdə Qələbə Paradı hansı şəkildə keçirilməlidir ki, yoluxma sayının daha da yüksəlməsinə səbəb olmasın?
Sualımıza cavab verən həkim-infeksionist Mərdan Əliyev qeyd etdi ki, Qələbə Paradı, çox güman azsaylı izləyici ilə keçiriləcək:
- Qələbə Paradının konkret zamanı, keçiriləcəyi yer və keçirilmə qaydası hələ məlum deyil. Sadəcə, məntiqi baxımdan düşünürəm ki, Qələbə Paradı yəqin az sayda izləyicinin iştirakı ilə keçiriləcək.
Maksimum 50-100 nəfər izləyicinin iştirakı ilə. Bu, Silahlı Qüvvələrin şəxsi heyəti, komandanlıq, qərargah rəisləri, az sayda dövlət qulluqçuları ola bilər. Oturacaqlar arasına da lazımi qədər məsafə qoyulmalıdır.
Və paradı birbaşa izləyənlərin hamısı tibbi maskalardan mütləq şəkildə istifadə etməlidirlər. Vətəndaşlarsa, çox güman, efir vasitəsilə paradı izləyəcəklər. Parad canlı nümayiş olunacaq və hər kəs onu televiziyada izləyə biləcək.
Belə daha məntiqlidir. İndiki şəraitdə Qələbə paradında kütləvi iştiraka yol vermək doğru olmaz. Əks halda nəzarətsizlik yaranar və yoluxma sayı arta bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə