Qız qaçırma, yoxsa insan oğurluğu? – “Bu hal sanki adətə çevrilib” – Maariflənmə gücləndirilsin!
Yusif Nəzərli
12:27 01.02.2022
Cəmiyyət
1548
Azərbaycanda hələ də bəzi bölgələr qız qaçırma hadisələrinə rast gəlinir. Məhəbbətin qüdrəti gəncləri qoşulub qaçmağa vadar etsə də, bununla bağlı durumlar qanunla tənzimlənir.
Cinayət Məcələsində göstərilir ki, evlənmək məqsədilə qız qaçıran şəxsləri 5 ildən 12-ilə qədər həbs cəzası, olay tamah məqsədilə törədilibsə, həmin şəxs 8 ildən 12 ilə qədər müddətə azadlıqdan məhrum olunur.
Qız qaçırmaq hər iki ailənin gənclərin izdivacına razı olmayanda, yaxud qızın oğlanı istəmədiyi vaxt baş verir. Bu “ənənə”nin qədim ritualın elementi olduğunu desək, yanılmarıq.
Məlum olaydan danışan sosioloq Rəşad Əsgərov Azərbaycan cəmiyyətində toy münasibətlərinin həmişə xüsusi önəm daşıdığını bildirib:
“İnsanlar evlilik günlərini daha çox təmtəraqlı formada keçirməyə meylli olurlar. Amma bəzi bölgələrdə, xüsusilə Qərb bölgəsində toy, nişan mərasimindən əlavə qız qaçırma kimi evlilik şəkli var. Qız qaçırma Qərb bölgəsində sanki adətə çevrilib. Bəzən həmin bölgədə qızı qaçırıb, sonra toy edirlər. Və yaxud qız tərəfin oğlan tərəflə müəyyən problemləri müşahidə edilir, ailələrin bir-birinə uyuşmaması səbəbindən qızın oğlanla ailə qurmasına razılıq vermirlər. Belə halda gənclər qoşulub qaçırlar. Qaçma prosesi həmin bölgə üçün formal xarakter daşıyır, elə də təəccüb doğuran hal deyil”.
Sosioloq belə hadisələrin səbəblərini açıqlayıb:
“Pandemiya dövründə işsizlik, sosial həyatdan təcrid olmaq, el şənliklərinin keçirilməsinə məhdud şəkildə icazə verilməsi insanları problemin həllində, bəlkə də, əvvəllər təsdiqləmədikləri formanı praktiki təcrübədə istifadə etmək zərurətini yaradıb. Beləliklə, kütləvi tədbirlərə icazə verilmədiyi üçün bu yoldan istifadə edərək gənclər qeyri-ənənəvi üsulla keçirməyə başlayıblar.
Bəzən qız qaçırma durumunda bir-birinin xarakterlərini bilmədən ani tanışlıq nəticəsində qız qaçırma, nikah məsələsini aktuallaşdırır. Sonra ailələr arasında narazılıqlar, boşanmalarla nəticələnir. Qız qaçırma məsələsində gənclər prosesin nəticələri haqqında düşünməli, bir-birlərini tanımalıdırlar. Bir müddətdən sonra ölkədə boşanma faizinin artmasına bu və ya digər dərəcədə təsir göstərə bilir.
Cənub bölgəsi, Bakı və Bakı kəndlərində qız qaçırma hadisəsi ailələr, qohumlar arasında böyük gərginliyə, münaqişəyə səbəb olur. Ölüm halları, fiziki xəsarət durumlarına rast gəmək mümkündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat