Qocalar daha həssas, kövrək olurlar
Məlahət Rzayeva
08:51 05.05.2020
Cəmiyyət
979
65 yaşdan yuxarı insanlara heç olmasa 1 saat - 45 dəqiqə gəzintiyə icazə verilməlidir
Bir aydan artıqdır 65 yaşdan yuxarı vətəndaşlara küçəyə çıxmaq yasağı qüvvədədir. Əlbəttə, sərt tədbirlər əhalinin sağlamlığının qorunması məqsədi daşıyır.
Yaşlı, ahıl insanların virusa yoluxma riski daha artıq olduğundan onların sosial təcridi mühüm əhəmiyyət daşıyır. Amma bu da danılmazdır ki, uzunmüddətli təcrid bəzi insanlarda psixi gərginliklər, psixoloqların dili ilə desək, panik-ataklar yarada bilər. Karantin qaydalarının hətta ən sakit təbiətli, “məxmər qocalar”ı da təbdən çıxarma ehtimalı gözardı edilməməlidir. Qardaş Türkiyədə məhz bu ehtimal nəzərə alınaraq 65 yaşdan yuxarı insanlara müəyyən vaxt ərzində küçəyə çıxmaq icazəsinin verilməsi üzərində düşünülür və hökumət yaşlı insanlarla bağlı qadağaları yaxın günlərdə yumşaltmağı düşünür.
Psixoloq Narınc Rüstəmova “Şərq”ə açıqlamasında yaşlı insanların karantin rejiminin ağır keçirməsinin anlaşılan olduğunu dedi:
- Qapalı mühit hər kəs üçün çətindir. Karantin qaydaları hamıya psixoloji təsir göstərə bilər. Amma baxır, dərəcəsinə, karantin müddətini kimin necə keçirməsinə. Bu da insanların psixoloji durumundan asılıdır. İnsan var, psixikası zəifdir, insan var, güclüdür, çətinliklərə dözümlüdür. Xüsusi qaydalar ona çox da təsir etmir. Bu, həm də hər birimizin indiyədək yaşadığımız həyat tərzi ilə bağlıdır. Gəzintiləri sevməyən, gününün böyük hissəsini işdə, ya da ev şəraitində keçirənlər üçün, karantin qaydaları çətin olmaya bilər. Amma daim gəzintilərə çıxan, sərbəst hərəkət etməyi sevən, məhdudiyyətləri qəbul etməyənlər üçün çətin ola bilər. Ancaq hamımız bir məqama xüsusi diqqət etməliyik və məhz bu amilə köklənməliyik ki, karantin qaydaları bizim sağlamlığımız, ölkəmizin koronavirus pandemiyasından daha az itki ilə çıxması üçündür. Və özümüzü, doğmalarımızı, yaxınlarımızı və ən əsası – böyük mənada ölkəmizi düşünürüksə, çətin olsa belə qaydalara riayət etməliyik.
Amma yaşlı insanlar da xüsusi kateqoriyadır. Daha həssas, daha incə, kövrək, daim diqqət tələb edən, gözləyən təbəqədir. Məsələn, övladı bir-iki zəng etməyəndə, valideynin əhvalını soruşmayanda ata-ana küsür, kövrəlir, özünü unudulmuş hesab edir. Yaşlı insan, ömrünün ikinci uşaqlıq dövrünü yaşayır. Bu, danılmaz həqiqətdir. Ona görə də biz hər zaman ahıllara, valideynlərimizə xüsusi isti, mehriban münasibət göstərməliyik. Xüsusən də bu karantin günlərində. Bəli, qapalı mühitdə uzun müddət qalmaq depressiya yaradır. Bir tərəfdən də nəzərə alsaq ki, qapalı mühit çağırışı var, bu, ikiqat depressiv təsir edə bilər. Bəzən belə şəraitdə insanlar özlərini daha da ağır hiss edir, mənfi enerji ilə yüklənirlər. Karantin müddətindən sonra da bu insanların adaptasiyası çətin olacaq. Ona görə də biz tövsiyə edirik ki, əlaqədə olduğunuz insanlarla ünsiyyəti itirməyin.
Valideynlərinizə tez-tez zəng edin, imkan varsa, görüntülü danışın. Onlar sizi görsün, səsinizi eşitsin, onlarla maraqlandıqlarınızı bilsinlər. Bu, onların çətin günləri asan başa vurmalarına kömək edər. Yaşlı insanlara onların maraq dairələrinə uyğun əyləncələr tapmaq olar. Mən valideynlərimə ərzaq aparıram, qapının kandarında qoyub qayıdıram. Bir də atama krossvord qəzetləri aparıram. Məşğuliyyət olsun deyə. Hər bir övlad valideyninin maraq dairəsini bilsə, yaxşıdır. Buna uyğun davranar. Çətin günlərdə valideynlərin yanında olmaq lazımdı – məsafəni saxlamaqla təbii. Yəni, onlara diqqət göstərmək, onları əsla unutmadığınızı daim xatırlatmaq lazımdı.
- N.Rüstəmova qeyd etdi ki, 65 yaşdan yuxarı insanlara müəyyən müddətə küçəyə çıxmaq izninin verilmısinə tərəfdardır:
- Mən də bunun tərəfdarıyam ki, yaşlı insanlara gün ərzində, heç olmasa 1 saat – 45 dəqiqə gəzintiyə çıxmaq, yaxınlıqdakı marketlərə getmək icazəsi verilsin. Yaşadığı ünvandan çox da uzaqlaşmadan, sosial təcrid qaydalarına riayət etməklə, sıx toplaşma yerlərinə getməmək, həyətdə 5-6 nəfərin bir yerə toplaşması olmamaq şərtilə icazə verilsin. Bu, ahıl insanların psixoloji durumuna müsbət təsir edər, öz çevrələrini hiss etmək imkanı verər. Hesab edirəm ki, belə tədbirlər ahıl insanlarımızın karantin rejimini asan kemirməsinə kömək edər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol