Qurban Qurbanov:“Lex” 2022-ci ilə xüsusi yanaşır”
Yusif Nəzərli
11:55 14.06.2022
Cəmiyyət
482
“Bu mərhələdə potensial rəqiblərimiz arasında ən güclülərdən biri “Lex” idi. Komanda bu il yaranmasının 100 illiyini qeyd etdiyindən, 2022-ci ilə xüsusi yanaşır. Əbəs yerə deyil ki, yeddi il sonra Polşa çempionu oldular. Bu komanda da püşkdə bizə rəqib oldu”.
Oxu.Az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi barədə danışarkən deyib.
50 yaşlı mütəxəssis Çempionlar Liqasında zəif komandanın olmadığını xatırladıb:
“Bütün komandalar öz ölkələrinin çempionlarıdır. Avrokuboklarda iştirak edən komandaların təcrübəsi çoxalıb. Hər bir rəqib həm klub, həm də komanda olaraq çox ciddi hazırlaşır. Hamısı anlayır ki, bu turnirdə uğurlu çıxış etmək həm gələcək perspektivləri baxımından vacibdir, həm də maddi üstünlüklər əldə etmək olar”.
Qurbanov hər bir rəqibə olduğu kimi, “Lex”ə qarşı da ciddi yanaşacaqlarını bildirib:
“İnanıram ki, püşkdə bu rəqibin düşməsi bizi və futbolçuları daha da məsuliyyətli edəcək. Futbolçuların çoxunun istirahətə vaxtı yoxdur. Öncə bu rəqibə qarşı öz idman formamızı yaxşılaşdırmalıyıq. Çalışacağıq ki, ən düzgününü, doğrusunu edək. Həqiqətən çox ciddi rəqibdir. Az vaxtda çalışmalıyıq ki, rəqibə qarşı çox düzgün hazırlıq keçək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət