Rəis Rəsulzadə: "Rəsulzadə haqqında çox yazılıb, amma irsinin öyrənilməsinə ehtiyac var"
Yusif Nəzərli
08:08 31.01.2022
Cəmiyyət
354
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.
138-ci doğum günü ilə əlaqədar olaraq M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə Azərbaycan Televiziyasının “Telesəhər” verilişinin canlı yayımında qonaq olub.
O, Rəsulzadənin nəinki Şərq aləmində dünyada demokratik aləmdə öz imzası olan böyük şəxsiyyət, mütəfəkkir olduğunu deyib. Bildirib ki, babası Milli Azadlıq Hərəkatının böyük ideoloqudur.
Daha sonra Rais Rəsulzadə əlavə edib ki, onun irsi bu gün də öyrənilir və öyrənilməyə böyük ehtiyac var.
Rəsulzadənin nəvəsi babasına həsr olunmuş konfransın keçiriləcəyini əlavə edib. Deyib ki, konfrans Tarix Muzeyində baş tutacaq.
O, babası ilə bağlı xatirələrinin, əsasən, ailə böyüklərindən eşitdiklərindən ibarət olduğunu deyib: “Rəsulzadə kimi böyük tarixi şəxsiyyətlərin ad günü el bayramı kimi qeyd edilməlidir. Rəsulzadə nəinki Şərq aləmində, dünyada öz imzası olan böyük şəxsiyyət, mütəfəkkir, fikir adamıdır. Azərbaycana gəlincə, Azadlıq hərəkatının ideoloqu, dövlətimizin qurucularından biridir. Düzdür, Rəsulzadə haqqında çox yazılıb, amma onun irsinin öyrənilməsinə ehtiyac var.
Babam haqqında xatirələri oxuduqlarımdan, nənəmin dediklərindən, atamın danışdıqlarından bilirəm. Rəsulzadə çox çətin günlərdən keçib, sürgünlərdə yaşayıb. Çox keşməkeşli həyatı olub”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat