Rezidenturanı bitirən həkim-mütəxəssislər təyinat aldılar - FOTO
Yusif Nəzərli
07:34 19.12.2022
Cəmiyyət
359
Səhiyyə Nazirliyində rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı və iş yerlərinə göndərilməsi həyata keçirilib.
Bu barədə Oxu.Az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, həkim-mütəxəssislərin bir hissəsi bölgələrdə işləməyə üstünlük veriblər.
Əksəriyyəti isə Bakı şəhərində yerləşən tibb müəssisələrini, o cümlədən “Yeni Klinika”, Mərkəzi Neftçilər Xəstəxanası, Elmi Cərrahiyyə Mərkəzi, Analitik Ekspertiza Mərkəzi, Milli Onkologiya Mərkəzi, Mərkəzi Klinika, V.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Respublika Neyrocərrahiyyə Xəstəxanası, Respublika Klinik Xəstəxana, Respublika Uşaq Klinik Xəstəxanası, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, QİÇS-lə mübarizə Mərkəzini, eyni zamanda Bakı şəhəri üzrə digər tibb mərkəzlərindəki vakant həkim vəzifələrini seçiblər və onlara həmin tibb müəssisələrinə göndəriş verilib.
Naxçıvan Muxtar Respublikasında (MR) yaşayan həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi ilə bağlı Naxçıvan MR-in Səhiyyə Nazirliyinə müraciət olunub.
Qanunvericiliyə uyğun olaraq, təyinat üzrə iş yerlərinə göndəriş verilən həkim-mütəxəssislər əmək fəaliyyətlərini 3 il müddətində həmin tibb müəssisəsində davam etdirməlidirlər.
Növbəti tədris ilindən etibarən təyinatın elektron xidmət vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Bununla bağlı Səhiyyə Nazirliyi tərəfindən normativ sənəd layihəsi hazırlanıb və təsdiq olunduqdan sonra tətbiq ediləcəkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya