“Rusiya Mixail Aleksandrovu həbs edib Azərbaycana təhvil verməlidir”
Yusif Nəzərli
11:10 20.12.2022
Cəmiyyət
762
Rusiya Federasiyasının vətəndaşı Mixail Aleksandrov barəsində beynəlxalq axtarış elan edilib.
Bu barədə Azərbaycan Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, Rusiya Federasiyasının Moskva Dövlət Beynəlxalq Münasibətlər institutunun hərbi-siyasi tədqiqatlar mərkəzinin aparıcı eksperti, hüquq elmləri doktoru Mixail Aleksandrovun cari ilin dekabrın 13-də müxtəlif kütləvi informasiya vasitələrində verdiyi geniş auditoriyaya ünvanlanan audiomüraciətində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərə xələl gətirməyə cəhd göstərib.
O “Azərbaycanın bütün neft sənayesinin, enerji sisteminin raketlərlə bombalanması və tamamilə məhv edilməli olmasını” bildirməklə açıq çağırışlar edib.
Məsələni “Sherg.az”a dəyərləndirən politoloq Tural İsmayıl bildirib ki, bu gün Rusiya siyasi elitasında və ekspert cameəsi içərisində hadisələri dəyərləndirməyi bacarmayanlar, Rusiya Azərbaycan münasibətlərinin gələcəyinə təhdid yaradan açıqlamalar verirlər:
“ Rusiya ictimai-siyasi fikrində erməni lobbisinin əli altında olan adamlar var. Onlar həm Azərbaycan-Rusiya münasibətlərini zədələyir, həm də özlərində başqa ölkələr haqqında boğazdan yuxarı danışmaq həddini görürlər. Mixail Aleksandrov kimi ekspertlikdən uzaq və siyasi prosesləri dəyərləndirə bilməyən birinin ölkəmizin əleyhinə hədyanlarının nəticəsi olaraq onun barəsində beynəlxalq axtarış elan olunub.
Rəsmi Moskva ilə Bakı arasında ötən il imzalanmış strateji əməkdaşlıq haqqında sazişə uyğun olaraq Rusiya hüquq-mühafizə orqanları sözügedən şəxsi həbs edib Azərbaycana təhvil verməlidir. Amma bu günə qədər bizim əleyhimizə informasiya müharibəsi aparan bir çox şəxs hələ də tutularaq Azərbaycan tərəfinə təhvil verilməyib.
O baxımdan da Mixail Aleksandrovun havadarlarının ölkəmiz əleyhinə yönələn təhdidlərə qarşı kəskin reaksiyanın verilməli olduğunu hesab edirəm.
Belə olmayacağı təqdirdə biz Kremlin Azərbaycanla münasibətlərdə verdiyi açıqlamaların səmimiliyinə inanmayacağıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya