Şamaxı RİH acınacaqlı durumla üzləşən uşaqlarla bağlı məlumat yayıb
15:54 16.01.2022
Cəmiyyət
689
Şamaxı Rayon İcra Hakimiyyəti rayonun İkinci Çaylı kəndində acınacaqlı durumla üzləşən uşaqlarla bağlı məlumat yayıb.
Şamaxı Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 2019-cu ildə rayonun İkinci Çaylı kəndində vətəndaşlarla keçirilən görüş-qəbulu zamanı bu ailənin sosial vəziyyətinin çətin olduğu və uşaqların yeganə himayəçisinin ana olduğu müəyyən olunub.
Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə uşaqların anası Gülnarə Cavadova 2019-cu ildə “DOST İş Mərkəzi” MMC-də işlə təmin olunub. Aldığı əməkhaqqı müqabilində ondan yeganə tələb də övladlarına baxması olub: “Lakin o, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq övladlarına yaxşı baxmayıb. Həmin ildə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən onlara yeni fərdi yaşayış evi də tikilib. Dəfələrlə Rayon İcra Hakimiyyəti və müvafiq qurumların əməkdaşları tərəfindən uşaqlara lazımi yardımlar göstərilsə də, onların himayəyə götürülməsinə anaları mane olub, hər dəfə aqressiya nümayiş etdirib. Bu dəfə polis əməkdaşlarının köməkliyi ilə uşaqları evdən çıxarıb öz nəzarətimizə götürmüşük. Onlar yaxşı şəraiti olan yerdə yerləşdirilib, isti geyim və ərzaqla təmin olunub, həkim müayinəsində keçiriliblər. Uşaqların daimi olaraq dövlət müəssisəsində qalması üçün bütün zəruri hüquqi addımlar atılacaq”.
O da qeyd edilib ki, Gülnarə Cavadova COVID-19 xəstəsi deyil, o, tez-tez evi tərk edərək uşaqları baxımsız qoyur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat