Şəhid atası: “İndiyədək öz oğlumu tanımamışam”
Banuçiçək Kalbalıyeva
07:46 12.03.2021
Cəmiyyət
1930
Vətən müharibəsi üç minə yaxın müxtəlif taleyi birləşdirdi. Şəhidlərimizin uşaqlıqları, həyat yolları, təhsilləri fərqi olsa da, son mənzilləri eyni idi- şəhadət. Onlar öz qəhrəmanlıqları ilə ən ali qata- əbədiyyətə ucaldılar. Və, yəqin, indi bizi seyr edirlər.
Bəlkə də, ruhları işğaldan azad etdikləri torpaqlarda gəzir. Əlbəttə, gənc yaşında vətən uğrunda canından keçən əsgər Füzuli Həbibinin də ruhu indi şaddır. O, 1995-ci ildə Cəlilabad rayonunda dünyaya göz açıb. 2001-ci ildə orta məktəbə daxil olub. 2013-cü ildə hərbi xidmət keçib. İl yarım sonra iə tərxis edilib.
Füzulinin bundan sonrakı şərəfli ömür yolunu isə atası Nizami bəy “Sherg.az”a danışdı:
“Əvvəla, onu deyim ki, uşaqlıq illəri çox maraqlı keçib. Sakit və təvəzökar idi. Həmişə hərbçi olmaq istəyirdi. Amma mən fikrindən yayındırdım. 2016-cı il Aprel döyüşlərində olduğu kimi, bu savaşda da könüllü iştirak etdi.
Onu saxlamaq qeyri-mümkün idi. Evdən necə çıxdığını da bilmədik. Kimsə ilə görüşmədi. Sadəcə mənə zəng etdi və dedi ki, anamı, nişanlımı sənə əmanət edirəm. Beləliklə, sentyabrın 29-da könüllü cəbhəyə yollandı. Deyilənə görə, ilk gündən etibarən hörmət qazanıb.
Ümumiyyətlə, döyüş yolu çox məşəqqətli keçib. Cəbrayılda, Füzulidə, Suqovuşanda vuruşub. Qubadlıda günlərlə meşədə yatıb, ac-susuz qalıb. Sonuncu dəfə oktyabrın 28-də danışdıq.
Şuşa istiqamətində hərəkətə başladıqlarını dedi, halallıq istədi. Söylədiyim kimi, həmin gün son dəfə səsini eşitdim. Sonradan bildim ki, şəhid dostlarını ərazidən çıxarmaq istəyərkən özü də onların yanına-göylərə gedib...Allah seçdiyi bəndələri şəhidlik zirvəsinə qaldırarmış. Mənim oğlum da həmin zirvəni fəth etdi”.
Müsahibimiz, həmçinin övladı ilə fəxr etdiyini söylədi:
“Avqustda nişanlanmışdı. Ona elə toy edəcəkdim ki, səsi hər yerdən gəlsin. Heyf qismət olmadı. Vətən sevgisi güc gəldi. Oğlum öz qəhrəmanlığı ilə bütün arzularının üstündən xətt çəkdi.
Lakin indi təkcə mən yox, çoxları Füzuli ilə qürur duyur. Döyüş yoldaşları elə şeylər danışırlar ki, heyrətlənirəm. Demə, mən indiyədək öz oğlumu tanımamışam”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya