Şəhid polkovnikin oğlu son telefon danışığını xatırlayır: “Təcili tapşırıq verdi ki...”
Banuçiçək Kalbalıyeva
23:33 17.03.2021
Cəmiyyət
1625
Vətən müharibəsində rütbəsindən, vəzifəsindən asılı olmayaraq, hər kəs sinəsini torpağa sipər etdi. Hər kəs əlinə silah alıb yağı düşmənin üstünə getdi. Biz bunu şəhid hərbçilərimiz general Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin, polkovnik Babək Səmidlinin timsalında gördük. Belə yüksək rütbəli igidlərdən biri də polkovnik-leytenant Nail Orucov idi. O, 1978-ci ildə Astarada anadan olub. 1992-ci ildə kənd orta məktəbini bitirib və Cəmşid Naxçivanski adına hərbi liseyə üz tutub. 1999-cu ildə “motoatıcı” ixtisası üzrə məzun olub. Müxtəlif vaxtlarda fərqli yerlərdə xidmət etdikdən sonra 2015-ci ildə ehtiyata buraxılıb. Vətən müharibəsi başlayanda isə mülki həyata davam edə bilmir. Çünki illərdir gözlədiyi vaxt gəlmişdi…
Qardaşı Naib Orucov şəhid polkovnik haqqında “Sherg.az”a danışarkən onun Ali Baş Komandanın “İrəli!” əmrini səbirsizliklə gözlədiyini dedi:
“Sentyabrın 29-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qardaşımı çağırdı. Sevincinin həddi-hüdudu yox idi. Biz də onu xoş ab-hava ilə yola saldıq. Sentyabrın 30-dan oktyabrın 6-dək hərbi hissələrin birində əsgərləri üçün təlim keçib. Sonra isə özü döyüşlərə qatılıb. Bizimlə danışanda deyirdi ki, narahat olmamaları üçün övladlarına təlimdə olduğunu deyək. Hərçənd hər birimiz rbilirdik- ən qızğın döyüşlər hardadırsa, Nail də oradadır. Çünki onun ruhuna bələd idik”.
N.Orucovun sözlərinə görə, qardaşı 44 günlük hərbi əməliyyatlarda böyük şücaət göstərib:
“Oktyabrın 6-da tabor komandiri vəzifəsinə təyin olunur. Dəqiq idarəetmə nəticəsində rəhbərlik etdiyi heyət 180 kilometr irəliləyərək Füzuli, Hadrut, Cəbrayıl və Qubadlı istiqamətində düşməni geriyə oturdur. Həmçinin Qubadlı rayonu boyunca Azərbaycan- Ermənistan sərhədi tam nəzarətə götürülür. Lakin oktyabrın 31-də ermənilər Qubadlı istiqamətində vəziyyəti dəyişmək üçün təxribat törədirlər. Qardaşım da həmin vaxt düşmən hücumunun qarşısını alarkən şəhadətə qovuşur”.
Oğlu Ruslan isə atası ilə son söhbəti belə xatırlayır:
“Belə dedi: “25 ildir bu günü gözləyirəm. Vaxtı ilə səngərlərdən seyr etdiyim o müqəddəs torpaqlara ayaq basmaq, nəhayət, mənə qismət olacaq. Bu savaşda iştirak etməsəm, sizə böyütmək üçün hərbi xidmətdən əldə etdiyim məvacibi özümə haram sayaram. Vətənin məni bu gün üçün yetişdirdiyini unutmayın””.
Övadlı valideyni ilə fəxr etdiyini söylədi:
“Məlum hadisədən bir gün əvvəl danışmışdıq. Söyləyirdi ki, hər şey ola bilər, siz kişisiniz, zabit uşaqlarısınız, məni başa düşürsünüz. Sonra təcili bir tapşırıq verdi. Mənzilimizin önünə bayraq asdırmağı tapşırdı. Hətta “Tapmasan, kabinetimə get, orda var” dedi. Və əlavə etdi: “Tezliklə qayıdacam”. Atam sözünün üstündə durdu, tez qayıtdı. Bir bayrağı da sinəsinin üstündə gətirdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media