Şərqi Avropada yaşayan azərbaycanlıların Koordinasiya Şurası təsis olunub
07:26 27.10.2019
Cəmiyyət
427
Budapeştdə Şərqi Avropa ölkələrində yaşayan azərbaycanlıların Koordinasiya Şurasının təsis toplantısı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Şərqi Avropada yaşayan və təhsil alan çoxsaylı soydaşlarımız iştirak ediblər.
Toplantı Azərbaycanın Dövlət Himninin səsləndirilməsilə başlanıb. Tədbiri giriş sözü ilə açan V.Quliyev Şərqi Avropada yaşayan azərbaycanlıların fəaliyyətindən danışaraq, soydaşlarımızın təşkilatlanması istiqamətində Dövlət Komitəsinin həyata keçirdiyi işləri yüksək qiymətləndirib və nümayəndə heyətinin Macarıstana səfərinin səmərəli keçdiyini vurğulayıb. Diplomat deyib ki, xaricdə yaşayan həmvətənlərimiz Azərbaycanın tanıdılmasında böyük rol oynayırlar, amma bu prosesin daha da gücləndirilməsinə ehtiyac duyulduğundan təsis toplantılarının keçirilməsinın, Koordinasiya Şuralarının təsis edilməsinin faydalı olacağına inanır.
F.Muradov çıxışı zamanı dövlətimizin diaspor siyasətindən, dünya azərbaycanlılarının təşkilatlanma imkanlarından danışıb. Soydaşlarımızla bu cür açıq müzakirələrə ehtiyacın olduğunu qeyd edən F.Muradov bildirib ki, yaşadığı yerdən asılı olmayaraq, hər bir azərbaycanlı dövlətimizin müstəqilliyinin qorunması, dünyada tanıdılması, azərbaycançılığın yaşadılması istiqamətində çalışmalıdır. Bu baxımdan Şərqi Avropada yaşayan azərbaycanlıların intellektual potensialının yüksək olduğu vurğulanıb.
Komitə sədri toplantı iştirakçılarının nəzərinə çatdırıb ki, Macarıstanda Azərbaycan Evinin açılması nəzərdə tutulur və hazırda bununla bağlı müzakirələr aparılır.
Toplantıda Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib və Dövlət Komitəsinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Diaspor gənclərinin II Yay Düşərgəsi zamanı keçirilmiş inşa müsabiqəsinin qalibi, hazırda Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricilərindən biri olan Lalə Zeynalovaya Dövlət Komitəsi adından hədiyyə təqdim olunub. Daha sonra Koordinasiya Şurası təsis olunub və əlaqələndiricilər seçilib.
Koordinasiya Şurasının fəaliyyət istiqamətlərinə dair geniş fikir mübadiləsi aparılıb, soydaşlarımızın problemləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya