“Sosial təcrid tədbirlərinə əməl edilməlidir, çünki... ” – Deputat
Turan
09:38 07.05.2020
Cəmiyyət
603
“...Yoluxma sayının artması ikinci dalğanın yaranmasına və karantin qaydalarının daha da sərtləşdirilməsinə gətirib çıxara bilər”
“Karantin tədbirlərinin yumşaldılması heç də sosial təcrid qaydalarına əməl edilməməsi anlamına gəlməməlidir”.
“Sherg.az” xəbər verir ki, bunu millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkədə yazıb.
Deputat bildirib ki, ancaq təəssüf ki, aparılan monitorinqlər göstərir ki, vətəndaşlarımızın bir qismi hətta sosial məsafənin gözlənilməsi tələbinə belə əməl etmir:
“Bu isə son günlər koronavirusa yoluxanların sayının artmasına səbəb olub. Pandemiyaya qarşı mübarizə və eyni zamanda hər bir vətəndaşın sosial təcrid tədbirlərinə əməl etməsi, həm onların sağlamlığı, həm də ölkə iqtisadiyyatındakı yenidən formalaşan aktivliyin qorunub saxlanması baxımından vacibdir. Çünki yoluxma sayının artması ikinci dalğanın yaranmasına və karantin qaydalarının daha da sərtləşdirilməsinə gətirib çıxara bilər. O baxımdan hər birimizin sosial təcrid qaydalarına əməl etməsi vacibdir. Xüsusən də sağlamlığımızın qorunması, iqtisadiyyatdakı bərpa olunan aktivliyin saxlanılması, real sektordakı artımın mərhələli şəkildə yüksəlməsi üçün sosial təcrid tədbirlərinə əməl etməyimizə və bu məsələdə daha güclü həmrəylik nümayiş etdirməyimizə ehtiyac var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə