Sosioloq çıxış yolu göstərdi: Ailə modelinin dağılmasının qarşısı alınmalıdır
Yusif Nəzərli
15:54 11.01.2022
Cəmiyyət
770
"Hər məhəllədə 4 nəfərdən ibarət sosial işçi qruplar olmalıdır"
Sabunçu rayonunda 2 yaşlı M.Şıxalıyevin oğurlanması ilə bağlı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə Cinayət İşi başlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Gültəkin Muradova təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hadisə ilə bağlı Gültəkin Muradova ilə birlikdə qeyri-rəsmi nikahda olan Ağdam rayon sakini Şamil Əliyev, uşağın atası Elgün Nəsirov da istintaqa cəlb ediliblər. İstintaq hərəkətləri davam etdirilir.
2 yaşlı uşaq və ailənin digər övladları müvafiq dövlət qurumlarının qərarı ilə sənədləşmə aparılaraq sığınacağa yerləşdirilib.
Son zamanlar bu kimi hadisələrə tez-tez rast gəlirik. Bu olayların əsas səbəblərindən biri də məsuliyyətsiz valideynlər, sağlam təməllər üzərində qurulmayan ailələrdir.
Məsələ ilə bağlı “Şərq”ə açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, Azərbaycanda ailələrlə, ailə institutları ilə yetəri qədər və lazımi səviyyədə məşğul olunmur:
“Biz ailə institutunu başlı-başına ötürmüşük. Ciddi məşğul olmaq üçün yanaşma dəyişməlidir. İndiki yanaşma düzgün deyil. İndi müasir ailələrə 40-50 il bundan əvvəlki metodları ilə yanaşılır. Cəmiyyət günü-gündən mürəkkəbləşir, həssaslaşır. İndiki vaxtda ailələrin möhkəm olması üçün ailə institutuna tamamilə başqa yanaşma lazımdır. O yanaşma nədir?
Biz fikirləşməliyik ki, ailənin əsas funksiyaları nədir? Çalışmalıyıq ki, bu dəyişən, mürəkkəbləşən cəmiyyətdə hansı işləri görək ki, ailə öz funksiyasını yerinə yetirə bilsin. Ancaq biz o barədə düşünmürük, bacarmırıq. Elə ancaq deyirik ki, iş aparırırq. Nə iş aparırıq? İşin nəticəsi yoxdursa o işi aparmağın nə xeyri var?
Ona görə təcili olaraq ailələrlə iş aparmaq üçün xüsusi, elmi təminatlı fəaliyyət proqramı hazırlamaq lazımdır. Onda məlum olacaq ki, qanunverici orqan, jurnalistlər, elmi idarələr hansı işi görməlidir.
Eyni zamanda ailələrdəki bu vəziyyətin qarşısını almaq üçün necə ki ölkədə, məhəllələrdə polis xidməti, polis müvəkilləri var, hər məhəllə üzrə 3-4 nəfərdən ibarət sosial işçi qrupları da olmalıdır. Həmin sosial işçilər öz ərazisində olan ailələrdə baş verən prosesləri yaxından izləməlidir və məlumatlı olmalıdır. Orada qızlar da olacaq, oğlanlar da. Qadınlarla qadınlar söhbət edəcək, kişilərlə də oğlanlar. Ailənin bir problemi olanda sosial iş xidməti onlara kömək edəcək.
Lazım gələndə sosial müdafiə ilə bağlı, qadın hüquqları ilə bağlı orqanlara və ya polisə deyəcək. İndiki cəmiyyət bunu tələb edir. Mən, neçə ilin sosioloqu, Azərbaycanda ömrünü bu işə həsr etmiş biri kimi, deyirəm ki, bu işin həll yolu budur. Ancaq eşidən yoxdur”.
Sənan İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi