Sosioloqdan həyəcan təbili !- “Bəzi ölkələrdə virusun ikinci dalğası başlayıb” – Təhlükə !
Şəymən Bayramova
12:21 06.05.2020
Cəmiyyət
726
“Bu səbəbdən vətəndaşlarımız Operativ Qərargahın bütün təlimatlarına və qaydalarına əməl etməlidir"
Azərbaycan koronavirus pandemiyasına qarşı sərt karantin rejimini tətbiq etməklə yoluxma halının maksimum səviyyəyə çıxmasının qarşısını aldı. Bu tədbirlər insanların sağlamlığının qorunmasına xidmət edirdi. Tədricən həyata keçirilən yumşalma prosesi də vətəndaşların sosial həyata dönməsi məqsədi daşıyır. Lakin yumşalma dövründə vətəndaşların davranışı həyati əhəmiyyət kəsb edir.
Çünki koronavirusdan sağalanların normal həyata qayıdandan sonra yenidən xəstələnməsi və indiyə qədər yoluxmamış olan vətəndaşların da virusa yoluxması kimi risklər
epidemiyanın ikinci dalğasının başlayacağı və ikinci dalğada yoluxmanın daha kütləvi hal ala biləcəyi təhlükəsini artırır.
Bu səbəbdən hər kəs xüsusi karantin rejimi dövründəki qaydalara əməl etməlidir.
Əks halda, ikinci dalğanın olması daha çox yoluxma və itki, o cümlədən, daha sərt məhdudiyyətlərin tətbiq edilməsi deməkdir.
Bu barədə “Sherg.az”a danışan professor, sosioloq Əhməd Qəşəmoğlu da hesab edir ki, vətəndaşlar pandemiyaya qarşı görülən tədbirlərin sosial məsuliyyətini anlamalı və onları yerinə yetirməlidir:
“Bir şəxsin məsuliyyətsizliyi nəticəsində onlarla insan virusa yoluxa bilər. Dövlətimiz öz üzərinə düşən bütün lazımi addımları atır.
Biz də vətəndaş olaraq ölkəmizdə durumun daha da gərginləşməməsi, virusun ikinci dalğasının yaşanmaması üçün verilən tapşırıqlara əməl etməliyik. Artıq bəzi ölkələrdə karantin rejiminə əməl olunması ilə bağlı problemlər yaşandığından virusun ikinci dalğası başlayıb. Bu səbəbdən vətəndaşlarımız Operativ Qərargahın bütün təlimatlarına və qaydalarına əməl etməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol