Soyğunçu şadlıq sarayları: Alternativ toy üsullarına keçmək lazımdır-AİB sədri
13:21 22.11.2023
Cəmiyyət
682
2023-cü ilin oktyabr ayında şadlıq saraylarında sifarişlərin sayı 47.5 faiz artıb.
Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Qeyd edilib ki, sifarişlərin sayında artım məhərrəmlik ayından sonra artan tələblə bağlıdır.
Eyni zamanda, şadlıq saraylarında oktyabr ayında qiymətlər 8.2 faiz artıb. Xüsusən 40 manatadək olan menyularda qiyməti daha çox artıb: 10.3 faiz. Qiyməti 40-80 faiz olan menyuların qiyməti 7.8 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 6.3 faiz artım qeydə alınıb.Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-oktyabr aylarına nisbətən 110,2 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 111,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 109,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 109,1 faiz təşkil edib. 2023-cü ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 103,9 faiz təşkil edib.
Belə bir sual ortaya çıxır. Şadlıq saraylarında menyu qiymətlərinin artmasının səbəbi nədir?
Məsələ ilə bağlı "Sherg.az"a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, şadlıq saraylarında menyuların qiyməti artıb və bu tendensiya daim davam edəcək :
"İnsanların fikri ancaq toy etməkdən ibarətdir. Şadlıq saraylarına görə toy etmək istəyənlər uzun müddət növbədə dayanır. Tələb təklifi üstələdikcə qiymətin qalxması və keyfiyyətin düşməsi normal haldır. Üstəlik müğənnilər televiziya kanallarında aqressiv reklam olunur. Restoranlardakı menyu qiymətləri insanları narazı salır. Sanki, bütün restoranlar bir- birləri ilə əlaqədədir. İstehlakçılara istədikləri kimi qiymət təyin edirlər. Menyuda heç yeməyin yerini dəyişmək belə mümkün deyil. Ümumiyyətlə şadlıq saraylarında iş ona yönəldilib ki, yüksək qiymət verilsin, insanlar buranı tez tərk etsinlər. Musiqinin səsindən tutmuş kondisonerin, ofsiontların xidmətinə qədər hər bir şey ona yönəldilib ki, qonaqlar buranı tez tərk etsin ki, bütün yeməklər onlara qalsın. Yeməklərin sonrakı taleyinin özü də böyük problem olaraq qalır".
Ekspert qeyd edib ki, alternativ toy üsullarına keçmək lazımdır:
"Müasir Çadır toylarından istifadə edilməlidir. Müğənnilərlə heç kəs məşğul olmur. Çünki tarif şurası onların qiymətini tənzimləyə bilməz. Reklam olunmaqla müğəniləri çağırmaqla guya, toya maraq qatdıqlarını düşünürlər. Əlavə olaraq toya gedənlər "soyulur". Pulun isə gəlin və bəyə heç bir qatqısı yoxdur. Demək olar ki, pulun çox hissəsi şadlıq sarayına və müğənnilərə verilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya
Fransada etiraz aksiyaları qadağan ediləcək
15:17 22.10.2026
Dünya
Brüsseldə mühüm danışıqlar: Azərbaycan Avropadan nə gözləyir?
15:11 22.10.2026
Gündəm
Güzgüdəki mən niyə özünüzdən fərqli görünür?
14:45 22.10.2026
Sağlamlıq
Yeddi ölkənin xarici işlər naziri İrana görə Türkiyədə toplanır
14:37 22.10.2026
Dünya
Şamonda virusundan ilk insan ölümü qeydə alındı
14:35 22.10.2026
Dünya
Yeni müharibənin anonsu verildi - Ordu İrana yaxınlaşır
14:06 22.10.2026
Gündəm
Türkiyə-Azərbaycan münasibətləri öz gücünü qoruyur -ŞƏRH
13:59 22.10.2026
Siyasət
“Walla”: İranla müharibə ehtimalı artır
13:28 22.10.2026
Dünya
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
13:26 22.10.2026
Dünya