“Soyuq əllər, isti ürək” yarmarkasında 30-a yaxın KOB iştirak edir
Yusif Nəzərli
13:15 19.12.2022
Cəmiyyət
437
Dekabrın 1-dən Bakının Fəvvarələr Meydanında fəaliyyətə başlamış “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Dəstək Proqramı çərçivəsində 30-a yaxın mikro sahibkarın və sənətkarların məhsul və xidmətləri təqdim olunur.
Oxu.Az bu barədə KOBİA-ya istinadən xəbər verir.
KOB-lar üçün ayrılmış yerdə çaylar, orqanik qidalar, quru meyvələr, müxtəlif ədviyyatlar, əl işləri, toxunma oyuncaqlar, bijüteriya, vitrajlar, kiçik rəsmlər, taxtadan suvenirlər, orqanik sabunlar və s. sərgilənir və satılır.
Qeyd edək ki, “Soyuq əllər, isti ürək” yarmarkası “Nargis” Fondunun təşkilatçılığı ilə ənənəvi olaraq hər il təşkil olunur. Yarmarka sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir.
2023-cü ilin yanvarın 15-dək davam edəcək yarmarka hər gün saat 11:00-dan 23:00-dək açıqdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya