Sumqayıtda azyaşlını öldürməkdə ittiham olunan idmançı HƏBS EDİLDİ
Yusif Nəzərli
07:10 02.05.2023
Cəmiyyət
508
Aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında 2016-cı il təvəllüdlü Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan 1994-cü il təvəllüdlü Mehman Xəlilov barəsində Sumqayıt Şəhər Məhkəməsi qərar qəbul edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkəmə Mehman Xəlilov barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Hazırda onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.
İlkin araşdırmalar zamanı məlum olub ki, Mehman Xəlilov hadisədən dərhal sonra 7 yaşlı Fəridin yaxınlarına onun yıxılması nəticəsində xəsarət aldığını bildirib. Lakin qısa vaxt sonra onun sambo idman növü üzrə keçirdiyi məşqdə azyaşlılara qarşı qəddar rəftar göstərməsi üzə çıxıb və müşahidə kamerasının çəkdiyi görüntülər istintaq orqanı tərəfindən götürülüb.
Yaxınlarının bildirdiyinə görə, məşqçi hadisə baş verəndən sonra ailəyə məlumat vermədən uşağı xəstəxanaya aparıb. İlkin məlumata əsasən, orada müəllimə uşağı ixtisaslaşmış xəstəxanaya aparmaq tövsiyə edilsə də, o, Fəridi evlərinə aparıb. Uşağın ailə üzvləri onun vəziyyətinin yaxşı olmadığını görərək yenidən xəstəxanaya çatdırıblar, amma azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Hazırda idman zalında çəkilmiş digər görüntülər də araşdırılır. Mehman Xəlilovun məşqlərində iştirak etmiş digər uşaqlara qarşı da eyni rəftarın göstərildiyi istisna edilmir. Məşqlərdə iştirak edən digər şagirdlərin valideynlərinin şikayəti və əzab verməni sübut edə biləcək görüntülər əsasında M.Xəlilov barəsində açılmış cinayət işinə Cinayət Məcəlləsinin digər maddələrinin də əlavə edilməsi mümkündür.
Qeyd edək ki, ötən gün Mehman Xəlilovun məşqdə azyaşlılara qarşı qəddar davranışlarını əks etdirən görüntülər yayılıb. Görüntülərdən açıq-aşkar aydın olur ki, Mehman Xəlilov təkcə Fərid Bakarova qarşı yox, məşqdə iştirak edən digər azyaşlı uşaqlara da xüsusi qəddarlıqla davranıb. Onları saçından, başından, qulağından tutaraq ayağa, havaya qaldırır, həmçinin təpiklə vurur və digər təhlükəli hərəkətlər edir.
Hazırda istintaq tədbirləri davam etdirilir. Görüntülərin araşdırılması, şahidlərin dindirilməsi və digər zəruri istintaq hərəkətləri həyata keçirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
53 nömrəli marşrutun istiqaməti dəyişib
20:05 26.08.2026
İnfrastruktur
Cəlilabad rayonunda zəlzələ baş verib
19:53 26.08.2026
Hadisə
Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq - YENİLƏNİB
19:51 26.08.2026
Region
Azərbaycanda məscidlərin sayı açıqlandı
19:37 26.08.2026
Cəmiyyət
Rüstəm Minnixanov Mehriban Əliyevaya təbrik məktubu göndərdi
19:28 26.08.2026
Siyasət
“Bitcoin”in qiyməti 78 min dollara endi
19:13 26.08.2026
İqtisadiyyat
Şabranda layihənin icrası başa çatıb
18:59 26.08.2026
Ölkə
Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi
18:53 26.08.2026
Gündəm
Tramp MKİ rəhbərinin Rusiyaya səfərindən danışdı
18:42 26.08.2026
Dünya
MİQ üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır
18:34 26.08.2026
Elm və Təhsil
Pezeşkianın qızı Mehriban Əliyevaya təbrik ünvanlayıb
18:26 26.08.2026
Gündəm
Tramp: Xamenei ölməyib
18:01 26.08.2026
Dünya
Özbəkistanın birinci xanımı Mehriban Əliyevanı təbrik edib
17:50 26.08.2026
Ölkə
Tramp: ABŞ tezliklə İranda çox böyük bir qələbə qazanacaq
17:42 26.08.2026
Dünya
Azərbaycan XİN Pakistana başsağlığı verib
17:37 26.08.2026
Aktual
Zelenski cəbhə bölgəsinə səfər edib
17:00 26.08.2026
Dünya