Sürüşmə sahələrində aktivləşmə müşahidə olunmur
09:32 27.12.2022
Cəmiyyət
401
Abşeron yarımadası üzrə 7 sürüşmə sahəsində - Bayıl dərəsi, Badamdar, Zığ-1, Qaraçuxur sahələri, Zəli gölü, Nübar massivi, Günəşli yaylasında, eyni zamanda, bölgələrdə mütəmadi olaraq monitorinqlər aparılır.
Bu barədə "Report"a Geoloji Kəşfiyyat Agentliyinin İdarə heyətinin sədri Əli Əliyev bildirib.
O deyib ki, hazırda sözügedən sürüşmə sahələrində ciddi aktivləşmə müşahidə olunmur: "Badamdar sahəsində ötən il baş vermiş sürüşmə prosesindən sonra bərkitmə və bərpa işləri davam edir. Zəli gölü, Nübar sahəsi və qismən Günəşli yaylasında isə zəif aktivlik qeydə alınıb".
Onun sözlərinə görə, sürüşmələr texnogen, geoloji və mövsümi xarakterli səbəblərdən baş verir: "Mövsümi xarakterli intensiv və böyük həcmli yağıntıların düşməsi sürüşmə proseslərində aktivlik yarada bilər. Son həftələrdə baş vermiş yağıntılardan sonra ekzogen geoloji proseslərin dinamikasında ciddi dəyişiklik müşahidə olunmayıb”.
Agentliyin sədri onu da vurğulayıb ki, regionlarda yağan yağışlardan sonra lokal aktivləşmələrin baş verməsinə baxmayaraq, sürüşmə ərazilərində ciddi dəyişikliklər qeydə alınmayıb, yeni sürüşmə zonaları müşahidə edilməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm