Təkcə kart sistemi yaratmaqla iş bitmir
Yusif Nəzərli
04:00 01.03.2022
Cəmiyyət
879
Parklanmanı proqramlaşdırmaq, xəritəsini çıxarmaq lazımdır
"Xarici ölkələrdə parklanma yerlərinə daxil olan avtomobillər xüsusi dedektorlar vasitəsilə müəyyən edilir. Ayın sonunda isə parklama borcu ilə bağlı çek göndərilir"
Ombudsman ödənişli parklama yerləri üçün “Vahid parklama kartı” sisteminin tətbiq edilməsini təklif edir.
Bu, parlamentin İnsan hüquqları komitəsində 1 martda müzakirəyə çıxarılacaq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.
Məruzədə avtomobil yollarının, parklama yerlərinin və səkilərin yenidən qurulması, o cümlədən müxtəlif təmir-bərpa işlərinin aparılması, habelə tədbirlərin keçirilməsi zamanı nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin təşkilinə diqqətin artırılması, bu barədə yol hərəkəti iştirakçılarının qabaqcadan kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə, habelə həmin ərazilərdə müvafiq xəbərdaredici nişanlar və məlumat lövhələri quraşdırılmaqla məlumatlandırılmasına diqqətin artırılması təklif edilir.
Ombudsman ödənişli parklama yerləri üçün (özəl parklama yerləri istisna olmaqla) 8, 12 və 24 saatlıq abunə paketləri müəyyən edilməklə “Vahid parklama kartı” (vahid ödəniş aparmaqla abunə dövrü ərzində bütün ödənişli parklama yerlərindən istifadəyə imkan verən) sisteminin tətbiqini tövsiyə edir.
Parklanma problemi Azərbaycanda illərdir həllini gözləyən məsələlərdən biridir. Bu səbəbdən qeyd olunan təklif bu sahədə çətinliklərin aradan qaldırılmasına töhfə verə bilər.
Nəqliyyat üzrə ekspert Fərhad Eyyubov da "Şərq"ə açıqlamasında bildirib ki, parklanma məsələləri çox böyük problemdir.
“İlk növbədə parklanmanı qaydaya salmaq və pasportlaşdırmaq lazımdır. Bu məsələ Bakı Nəqliyyat Agentliyinə (BNA) həvalə edilib. İndi BNA Bakı Şəhər İcra Hakimiyyətinin də dəstəyi ilə bunu həll edə bilər.
Parklanmanı proqramlaşdırmaq, xəritəsini çıxarmaq lazımdır. Daha sonra onun icra mexanizmi üzərində işləmək olar. Bu mexanizm müxtəlif formalarda ola bilər. Onlardan biri də həmin kart sistemidir. Bunlar yerinə yetiriləndən sonra, ödənişin hansı formada olacağı məsələsinə baxılacaq. Çünki ödəniş təkcə kart vasitəsilə baş tutmur. Burada qarışıq üsul tətbiq olunmalıdır. Yəqin ki, müəyyən yerlərdə hansı üsul daha asandı, əlverişlidirsə, ondan istifadə edəcəklər. Özəl dayanacaqlarda bu məsələni sistemə uyğun olaraq həll edə bilərlər.
Hətta xarici ölkələrdə parklanma yerlərinə daxil olan avtomobillər xüsusi dedektorlar vasitəsilə müəyyən edilir. Ayın sonunda isə parklama borcu ilə bağlı çek göndərilir. Bu, ən müasir üsullardan biridir.
Yəni təkcə vahid kart sistemi yaratmaqla iş bitmir. Bu, elə də böyük bir inqilab deyil. Parklanma ilə bağlı bütün problemlər aradan qaldırılanda, bu da həll edilmiş problemlərin sırasında öz yerini tutacaq”.
Sənan İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət