Tramp açıqladı: Doğulan hər bir körpəyə min dollar...
09:14 10.06.2025
Cəmiyyət
432
ABŞ Prezidenti Donald Tramp, 2025–2029-cu illər arasında doğulan hər bir amerikalı körpə üçün dövlət dəstəyi ilə min dollarlıq investisiya hesabı yaradılacağını açıqlayıb.
Sherg.az xəbər verir ki, Tramp bu təşəbbüsü, "Uber", "Goldman Sachs" və "Dell Technologies" kimi nəhəng şirkət rəhbərlərinin də qatıldığı Ağ Evdə keçirilən toplantıda təqdim edib. Plana əsasən, 31 dekabr 2024 – 1 yanvar 2029 tarixləri arasında doğulan hər bir uşaq üçün açılacaq hesaba federal hökumət bir dəfəlik 1.000 dollar yatıracaq.
Hesablar valideynlər tərəfindən idarə olunacaq və illik 5.000 dollara qədər əlavə şəxsi yatırımlarla dəstəklənə biləcək. Tramp bu təşəbbüsü “milyonlarla ailənin iqtisadi artımdan faydalanaraq uşaqları üçün daha yaxşı gələcək qurmasına kömək edəcək, ailə dostu bir layihə” kimi təqdim edib.
Özəl sektordan güclü dəstək
Toplantıda "Goldman Sachs", "Uber", "Dell" və "Robinhood"un CEO-ları, işçilərinin övladları üçün milyardlarla dollarlıq ianə vədi verib. Tramp bu liderləri “ölkənin ən böyük biznes zəkaları” adlandırıb.
Nümayəndələr Palatasının sədri Mayk Conson da təşəbbüsə dəstək verərək, bu siyasətin uşaqlara doğulduqları andan maddi üstünlük qazandıracağını deyib.
Bu investisiya hesabları, Trampın “böyük gözəl qanun” adlandırdığı islahat paketinin bir hissəsidir. Lakin bu qanun yalnız Senatda qəbul edildiyi təqdirdə qüvvəyə minəcək. Respublikacıların daha ehtiyatlı mövqeyi isə təsdiq prosesini çətinləşdirə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ və Yaponiya liderləri telefonla danışıb
20:22 15.05.2026
Dünya
"Şəfa" Premyer Liqaya vəsiqə qazanıb
19:57 15.05.2026
Futbol
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya