Türkiyə Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti Bakıya gəlib - FOTO
Türkiyə Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti Bakıya gəlib - FOTO
Yusif Nəzərli
13:36 26.12.2022
Cəmiyyət
414
Prokurorluq orqanlarında həyata keçirilən müasir məzmunlu islahatların mühüm hissəsi kimi beynəlxalq əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində, eləcə də regional və ixtisaslaşdırılmış beynəlxalq təsisatlarla yeni əlaqələrin qurulması mühüm əhəmiyyət kəsb edir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, bu sahədə həyata keçirilən kompleks tədbirlərin məntiqi davamı olaraq, Türkiyə Respublikasının Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti baş prokuror Kamran Əliyevin dəvəti ilə ölkəmizə rəsmi səfərdədir.
Nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər.
Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyublar. Həmçinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi ziyarət edilib.
Daha sonra Azərbaycan Respublikasının Baş Prokurluğunda görüş keçirilib. Tədbir zamanı dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə ciddi səyləri və sarsılmaz siyasi iradələri sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə uğurla inkişaf etdirildiyi xüsusilə qeyd olunub.
Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın gücləndirilməsi, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin müasir dövrdə qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verib.
Kamran Əliyev 44 günlük Vətən müharibəsinin ilk anlarından Türkiyə Respublikasının rəhbərliyi və xalqının ölkəmizə siyasi və mənəvi dəstəyinə görə minnətdarlığını bildirib, işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma prosesində mövcud strateji əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb.
Səmimi qəbula görə öz təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri, Hakimlər və Prokurorlar Şurasının Təftiş idarəsinin rəisi Osman Nuri təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. O, iki ölkə arasında mövcud iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə dəstək verəcəklərini xüsusi vurğulayıb.
Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.
Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub. Muzeydə Azərbaycan Prokurorluğunun zəngin tarixi, qardaş ölkələrimiz arasındakı münasibətləri əks etdirən ekspozisiyalar, eyni zamanda, ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan guşə və eksponatlar qonaqlarda zəngin təəssürat oyadıb.
Sonda xatirə fotoşəkli çəkdirilib. Nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir. İctimaiyyətə səfərin gedişatı barədə ətraflı məlumat veriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm