Uşaq sığınacağında saxlanılan körpənin döyüldüyü iddia edilir: “Yalvarıram sizə, qurtarın onu” - VİDEO
Yusif Nəzərli
09:02 19.12.2022
Cəmiyyət
397
“Sevgi” Uşaq Sığınacağında saxlanılan körpəyə əziyyət edildiyi, döyüldüyü barədə məlumat paylaşılıb.
Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə körpənin videosunu yayaraq qeyd edib ki, hər gün onlarla sosial şəbəkə istifadəçisi “Sevgi” Uşaq Sığınacağı adı ilə “Instagram”da paylaşımları olan Könül adlı xanımın davranışı, uşaqlara olan münasibəti ilə bağlı müraciət edir.
O bildirib ki, bir neçə dəfə aidiyyəti qurumlara müraciət edib, lakin hələ araşdırma aparıldığı, istintaq prosesinin davam etdiyi söylənilib:
“Əzizlərim, gözləyirik? “Totu” ləqəbli uşaq isə ölür! İki il ərzində, görün, uşaq nə hala qalıb? Uşağın videosunu paylaşıb kartının nömrəsini qoyan qadın bu aylar ərzində bu uşaq üçün nə edib deyə soruşdunuzmu? Ümumiyyətlə, qəyyumluğu verilməmiş bir uşaq bu adamın yanında nə gəzir? Dəfələrlə mənə yazıblar ki, uşaq döyülür. Amma mən faktlara əsaslana bilərəm. Hazırda fakt uşağın bu vəziyyətdə olan görüntüsüdür. Yalvarıram sizə, qurtarın bu uşağı! Uşaq o qadının əlindən alınmalı, məhkəmə ilə qadının fəaliyyəti məhdudlaşdırılmalıdır!” - K.Ağazadə yazıb.
Videoda körpənin gözlərini bir nöqtəyə zilləyərək hərəkətsiz dayandığı, yalnız ağzına qoyulan yeməyi çətinliklə çeynədiyi görünür.
DİN Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev APA-ya bildirib ki, həmin məsələ ilə bağlı polis və prokurorluq orqanlarında araşdırma aparılıb:
“Aparılmış araşdırma ilə toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Hazırda həmin material məhkəmə icraatındadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya