
Uşaqlarda valideyn faktorunun əhəmiyyətsizliyi: Sosioloqdan AÇIQLAMA
11:18 17.11.2023
Cəmiyyət
671
Anasının bişirdiyi yeməyi yemək istəməyən uşaq "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinə zəng edib.
Report xəbər verir ki, bu barədə Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova 20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş “Uşaq hüquqları tribunası” mövzusunda keçirilən konfransda məlumat verib.
Onun sözlərinə görə, "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinə ağır zorakılıq halları ilə yanaşı, kiçik uşaqların da maraqlı müraciətləri olur:
"Hətta riyaziyyat məsələsinin həlli üçün xidmətdən kömək istəyən uşaq da olub. Eyni zamanda 4, 5 və 6 yaşlı uşaqlar belə müraciət edirlər. Deyirlər ki, anam hansısa yeməyi mənim üçün hazırlayıb, amma mən onu yemək istəmirəm və s. bu kimi maraqlı müraciətlər də olur".
Məsələ ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehrəli bildirib ki, baxdıqları cizgi filmləri, oxuduqları müasir ədəbiyyat, etdikləri yoldaşlıqlar uşaqlara öz qərarlarını özlərinin verməli olduğunu, valideyn faktorunun əhəmiyyətsizliyini aşılayır:

“Təəssüf ki, əvvəl bu davranışları 13-15 yaş aralığında müşahidə edirdiksə, indi bunu 5-6 yaşlı uşaqlar da edir. Maraqlıdır ki,uşaq "Qaynar Xətt"-in nömrəsini hansı yolla əldə edib? Çünki bu xidmətin nömrəsi bir azyaşlı üçün asan və yaddaqalan deyil. Hansı hallarda bura zəng etmək lazımolduğunu yəqin ki, hansısa təbliğat çarxından öyrənib. Təbliğat zamanı bu xidmətin funksiyasının nə olduğu barədə məlumat əldə edib. Əgər bir uşaq döyülmür, söyülmür, fiziki və mənəvi zorakılıq görmürsə, onun nə səbəbdən zəng etdiyi araşdırılmalıdır. Məncə, müraciət etməkdə əsəs səbəb yeməyi sevməməsi deyil. Uşaqlar o yaşda hazır qidaya meylli olur, ev xörəklərini sevmirlər. Analar isə daha yaxşı qidalansın deyə haqlı olaraq "fast food"-a icazə vermirlər. Çox ehtimal ki, xidmətin əməkdaşları bu barədə artıq azyaşlı və ailəsi ilə söhbət aparıblar. Ümumiyyətlə, belə xidmətlər uşaqlarla ünsiyyət quranda valideyni ilə münasibətini müşahidə edir. Əksər hallarda uşaqların fantaziyası olur, lakin həqiqi zorakılıq halları da var.Bunu inkar etmək olmaz. Ona görə də zorakılıq olub-olmadığını öyrənmək üçün müyyən vaxt lazımdır. Bu hadisə isə xidmətin boşuna məşğul edilməsi deməkdir. Uşaqlarla maarifləndirici söhbətlər aparılmalıdır. Onlar bilməlidirlər ki, zorakılığa nələr daxildir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat
Birgə məlumat: 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
18:10 22.10.2026
Hadisə
Albaniya parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
17:52 22.10.2026
Dünya
Ekoloji cinayətlərə görə İrəvan məsuliyyət daşımalıdır - ŞƏRH
17:50 22.10.2026
Gündəm
Keyt Middlton iş başında: Tacını çıxardı, dəbilqəsini taxdı
17:40 22.10.2026
Dünya
Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü
17:04 22.10.2026
Dünya
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya