
Üzeyir bəyin heykəlinə ayaqqabı atanlar: Məsuliyyət hamımızın üzərinə düşür - Partiya sədri
08:30 08.01.2023
Cəmiyyət
498
"Bu gün dahi Üzeyir bəyin heykəlinə ayaqqabı atanlar, sabah şəhid məzarlarına da daş atarlar".
"Sherg.az" xəbər verir ki, bu sözləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.

Partiya rəhbəri deyib ki, toplum olaraq həmrəyliyimizi güclü və dönməz edən amillərdən biri də bizim milli-mədəni dəyərlərimizdir:
"Dahi bəstəkarımız Üzeyir Hacıbəyli də həm öz uca şəxsiyyəti ilə, həm də bir-birindən möhtəşəm musiqi əsərləri ilə artıq çoxdan milli dəyərlərimiz sırasına daxil olub. Bu baxımdan, iki gəncin Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atması bütövlükdə milli dəyərlərimizə, Azərbaycan mədəniyyətinə və ən nəhayət, insanlığa qarşı həqarətdir. Mən ölkədə bəzi savadsız gənclərin olduğunu bilirdim. Ancaq bu cür vandal gənclərin ola biləcəyini təsəvvürümə də gətirməzdim. Bu olay təhsil məsələsi ilə yanaşı, həm də mədəniyyətimizin və görkəmli şəxsiyyətlərimizin təbliği sahəsindəki boşluqlardan xəbər verir. Təhsil və mədəniyyət bizim bir nömrəli prioritetimiz olmalıdır. Əlaqədar qurumlar bu barədə ciddi düşünməlidirlər. Həmçinin, ailə tərbiyəsindəki əksiklikləri də qeyd etməliyik. Belə gəncləri böyüdən, onlara tərbiyə verən valideynlər görəsən, öz övladlarının bu cürə idbar davranışından heç utanırlarmı? Məgər o valideynlər ömürlərində heç olmasa, bir dəfə də olsun Üzeyir bəyin "Koroğlu" üvertürasını övladlarına dinlətdirməyibmi? Bu gənclər ən azından orta məktəbdə oxuyarkən Dövlət Himnimizi də dinləməyiblər?".
Ə.Hüseynova görə, bu cür cahil gənclərimiz varsa, əslində bunun məsuliyyəti bizim hamımızın üzərinə düşür:
"Biz belələrini islah etməyə çalışmalıyıq. Dəyərlərimizə, tarixi şəxsiyyətlərimizə sayğısız yanaşan bu cür yeniyetmələr və gənclərlə maarifləndirici iş aparmalıyıq. Ən azından belələrinin əlindən tutub onları Şəhidlər Xiyabanına aparmaq, orada uyuyan, Vətən yolunda, insanlarımızın dinc və rahat yaşaması naminə öz canlarından keçən gənc şəhidlərimizin məzarlarını bu cahillərə göstərmək, onları utandırmaq, tənbeh etmək lazımdır. Bu cür qeyri-insani davranışa qətiyyən səthi yanaşmaq olmaz. Belə xoşagəlməz hallara və davranışlara qarşı sərt təpki göstərməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya