Vətəndaşlara icazə verilmir
Yusif Nəzərli
09:54 29.01.2022
Cəmiyyət
741
Satışa çıxarılan helikopteri ancaq şirkətlər ala bilər
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçiriləcək hərraca alıcıların diqqətini cəlb edə biləcək hava nəqliyyat vasitələri çıxarılacaq.
Nazirlikdən verilən məlumata görə, helikopter sahibi olmaq istəyənlər üçün yeni fürsət yaranıb. Dövlət Xidməti tərəfindən martın 1-də keçiriləcək hərraca dövlətə məxsus 3 helikopter çıxarılacaq. Hər 3 helikopterin ilkin start qiyməti 2 milyon manatdır. Bunlardan 1-i buraxılış ili 2009-cu il olan “Airbus EC-135P2”, digərləri isə istehsal tarixi 2005-ci il olan “Airbus EC-155B1” markalı helikopterlərdir.
Özəlləşdirilməyə çıxarılan helikopterləri almaq istəyən şəxslər ilkin satış qiymətinin 10 faizi məbləğində (200 000 manat) behi ödəməklə hərracda iştirak edə bilərlər.
Bəs, bu helikopterləri hər kəs alıb istifadə edə bilərmi?
Bu sualı “Şərq”ə cavablandıran hərbi ekspert Ədalət Verdiyev bildirib ki, hər kəsin istifadəsinə icazə verilmir, amma bir çox böyük şirkətlər, xüsusilə də dənizdə fəaliyyət göstərən neft şirkətləri əməkdaşlarının daşınması üçün bu helikopterlərdən istifadə edə bilərlər.
“Ona görə də bu hərrac vətəndaşlar üçün deyil, əsasən şirkətlər üçün nəzərdə tutulur.
Helikopterlərdən yalnız güc strukturları istifadə etmir.
Ona görə də bu helikopterləri özəl və ya dövlət şirkətləri ala bilər. Neft şirkətlərinin dənizə daşımaları Zabrat aerodromundan məhz helikopterlər vasitəsilə həyata keçirilir. Bu tender həmin şirkətləri maraqlandıra bilər.
Bununla yanaşı, tender xarici ölkələrin şirkətləri üçün də açıqdır və onlar da bu məsələdə maraqlı ola bilərlər. Dövlətin istifadəyə uyğun olmayan texnikaları satıb yerinə daha yenilərini alması normaldır”.
Sənan İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat