Vətəndaşların müvəqqəti qeydiyyatı ləğv olunur: Səbəb nədir? - DİN-dən AÇIQLAMA
Yusif Nəzərli
07:29 25.01.2022
Cəmiyyət
387
Ötən həftədən etibarən sosial şəbəkələrdə yerli polis idarələrində müvəqqəti yaşayış qeydiyyatındakı vətəndaşların kütləvi şəkildə qeydiyyatının ləğvi ilə bağlı şikayətlər paylaşılıb.
Oxu.Az xəbər verir ki, bu günə qədər daimi yaşayış yeri olmayan şəxslər yerli polis idarələrinə müraciət edərək orada müvəqqəti qeydiyyata düşə bilirdilər. Lakin son bir neçə gün ərzində bu qeydiyyat kütləvi şəkildə ləğv edilib.
Cəmiyyətə maraqlı olan məqam isə bunun hansı səbəbdən baş verməsidir.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin şöbə müdiri, Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, vətəndaşların müvəqqəti qeydiyyatlarının ləğv edilməsində məqsəd mövcud pərakəndəliyi aradan qaldırmaqdır:
“Hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə-boşanma və ya digər məsələlərdə qeydiyyatda olan şəxslərlə bağlı polis orqanlarına sorğular daxil olanda bəzi neqativ hallar müşahidə olunurdu. Bununla bağlı müvəqqəti qeydiyyatda olan şəxsləri lazım olanda tapmaq çətinliyi yaranırdı. Hazırda görülən tədbirlərin məqsədi bu cür neqativ halların qarşısının alınması, bu istiqamətdə nizam-intizamın yaradılmasıdır.
Heç bir yerdə qeydiyyata düşə bilməyən vətəndaşlar hazırda yaşadıqları ərazi üzrə polis orqanına müraciət edib yaşadıqları ünvanı bildirməlidirlər. Bu halda qeydiyyat məsələsinə təkrar baxıla bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat