“Waurma” yox, barı "Şaurma" yazın ! - Vətən çörəyi sizə qənim olsun!
Banuçiçək Kalbalıyeva
11:56 31.03.2021
Cəmiyyət
836
"Belə hallar dövlət Qanunun pozulması deməkdir və həllini tapmalıdır”
Dünən paytaxtdakı restoranlardan birində gördüyüm fakt məni sözün əsl mənasında dəhşətə gətirdi. Qətiyyət şişirdib eləmirəm. Belə ki, iri iaşə obyektinin üstündə böyük hərflərlə yazılıb: “Waurma”. Dilimizin normalarına uyğun olmayan bu əndirəbadi sözü lüğətimizə, təəssüf ki, artıq gətirmişik. Heç olmasa, düz yazaq...Axı qrammatikamızda da göstərilib ki, hər işarə bir səsi ifadə edir. Həm də şəxsən mən indiyədək bircə dəfə belə olsun “Əlifba” kitablarında "W" işarəsini görməmişəm.
Analoji “kreativliklər” təkcə dilimizə yox, həm də konstitusiyaya, “Dövlət dili haqqında” Qanuna ziddir. Həmin Qanunun 7-ci maddəsində deyilir: “Azərbaycan Respublikasının ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir”. (7. 2.). Deməli, görünən dağa bələdçilik etməyə daha ehtiyac yoxdur. Qanun pozulur. Və, yəqin, həmin sahibkara indiyədək “gözün üstündə qaşın var” deyən olmayıb. Ümid edirik ki, bundan sonra olacaq.
Nəsimi adına Dilçilik İnstitunun direktoru, akademik Möhsün Nağısoylu məsələ barədə fikirlərini “Sherg.az”a bildirdi:
“Belə hallar çoxdur. Təkcə “Şaurma” yox, digər sözlərdə oxşar qüsurlara rast gəlinir. Bu, bizi da narahat eidr. Tədbir görməyə çalışmışıq. Lakin Dilçilik İnstitutu olaraq bizim əlimizdə hansısa təsir imkanları yoxdur. Sadəcə təklif verməklə kifayətlənə bilərik. Dövlət Dil Komissiyasının, yeni yaradılan monitorinq mərkəzinin isə cəza mexanizmi var. Məsələ ondan ibarətdir ki, belə hallar dövlət Qanunun pozulması deməkdir və həllini tapmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya